İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub.

"Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyini deyən pasiyent klinikaya şikayət etsə də, burnunda yaranmış problem aradan qaldırılmayıb.

"Mən Məmmədova Gülya 17.05.2023 tarixində "Lazer Beauty Clinic"də Rəna Soltanovaya burun dolğusu üçün müraciət etmişəm. Kosmetoloq özü şəxsən mənə burun dolğusu etdi. Prosedurdan əvvəl asistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici içim keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər"- Gülya Məmmədova bildirib.

O, məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: "Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər".

Qeyd edək ki, pasiyent redaksiyamıza ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.

Məsələ ilə bağlı "Laser Beauty Clinic"də çalışan Rəna Soltanova ilə əlaqə saxlasaq da, dəstəyi qaldıran onun bacısı Nigar Rüfət Rəna Sultanovanın xaricdə səfərdə olduğunu söylədi. Bildirdi ki, onlar bütün pasiyentləri yadda saxlaya bilmirlər. Ona görə də, pasiyent şəxsiyyət vəsiqəsi ilə birgə yenidən klinikaya müraciət etməlidir. Əgər problem varsa, pasiyentə köməklik göstəriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1271   Tarix: 20 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 315
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 84
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 459
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 190
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 197
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 639
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 740
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

17:18 138
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 85