Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMA

Bu il bazarlarda balıq bol olacaq, qiymət isə... - ARAŞDIRMADövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

"İlk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq"

Balıqçılar İttifaqının sədri Əfqan Əliyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, artımın səbəbi bu sahəyə diqqət ayrılmasıdır: "Son illər qanunsuz balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. İllərdir insanları təşviq edirik, daxili su hövzələrinə balıq körpələri buraxırıq. Keçən il ilk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq".

"Qadağaların da vaxtı dəyişdirilməlidir"

Ə.Əliyevin sözlərinə görə, bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə alınmalı məqamlar var: "Ümumi götürdükdə ziyad, sazan kimi balıqların populyasiyasının çoxaldılması üçün ən əlverişli ərazi Xəzərin Azərbaycanın cənub hissəsinə düşən bölgəsidir. Qanunsuz balıq ovu ilə mübarizə, artım dövründə qadağalara yenidən baxılması çox vacibdir. Çünki bu, ölkəmizdə əsasən sovet dönəmindən qalma qadağalardır. Bir neçə ildir havaların isti keçməsi ilə əlaqədar balıqların populyasiya vaxtı ilin əvvəlinə doğru dəyişib. Əvvəl kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel ayına düşür. Bu səbəbdən qadağaların da vaxtı dəyişdirilməlidir".

"Heç bir nazirlik öhdəsinə götürmür"
Müsahibimizin fikrincə, balıqçılığın inkişaf etməsini istəyiriksə, bu sahə hansısa qurumun tərkibində olmalıdır: "Balığa maraq çoxdur, amma balıqçılığa diqqət böyük deyil. Yəqin ki, gec-tez Azərbaycanda balıqçılığa aid dövlət qurumu yaradılacaq. Yaxud, bu işi Kənd Təsərrüfatı Nazirliyi üzərinə götürə bilər. Hazırda balıqçılığın inkişaf etdirilməsini heç bir nazirlik öhdəsinə götürmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tam diqqət ayıra bilmir. Onlarda mütəxəssis demək olar ki, yoxdur. Balıqçılığı inkişaf etdirsək, həm nərə, həm ziyad kimi balıq növlərini ixrac edə bilərik. Hazırda İran yeganə ölkədir ki, ziyad balığını digər ölkələrə ixrac edir. Amma Azərbaycanın da iqlimi bunun üçün çox əlverişlidir".

Ə.Əliyev qeyd etdi ki, bu il balıqçılıqla bağlı müəyyən işlər görüldüyü üçün məhsul bol, qiymət isə daha ucuz olacaq: "Balıqçılıq təsərrüfatlarına subsidiyaların ayrılması yerli balığın qiymətinin bazarda ucuzlaşmasına səbəb ola bilər. Bu il bir çox qanunsuz avadanlıqlar sökülüb. Nəticədə balığın Xəzərdən çaylara üz tutub kürü tökməsinə şərait yaranıb. Ona görə də, bu il balıq bol olacaq".

Statistika reallığı əks etdirmir?

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı isə bildirdi ki, statistik rəqəmlər həqiqəti əks etdirmir: "Sorğu əsasında Azərbaycanda balıq və balıq məhsulları istehlakının adambaşına 7,8 kiloqram olduğunu müəyyən ediblər. Bu da 78 min ton deməkdir. İdxal olunan balıq və balıq məhsullarının illik həcmi 18 min tondur. İstehlak rəqəmlərindən idxalı çıxdıqda 60 min ton qalır. Beləliklə, "ovlanmış balıqlar bu qədərdir", - deyə nəticə çıxarırlar. Hətta, sovet ittifaqı zamanı balıqçılığın inkişaf etdiyi dövrdə belə, rəqəmlər bu həddə deyildi. Azərbaycanda nə bu qədər istehlak var, nə də daxildə ov və istehsalın həcmi qeyd olunan qədərdir".

Dünyada balıq ovu səviyyəsi azalır

Z.Salmanlının sözlərinə görə, son illərdə bu sahədə idxal artır, istehsal azalır, qiymətlər isə bahalaşır: "Artım ola bilməz. Çünki bütün dünyada ovlama səviyyəsi azalır. Bu, Azərbaycanda da baş verir. Balıq və balıq məhsullarının istehsalı kənd təsərrüfatı sahəsinə aid olmadığı üçün heç bir dəstək almır. Ona görə İrandan qızılxallı, şimaldan sazan kimi ucuz qiymətə idxal olunan balıqlar Azərbaycanda daxili istehsalı 3-4 ildir azaldır. Təbii ki, istehsal az olduğu üçün qiymət də, idxal da artacaq. Mənim fikrimcə, qiymətin azalması yaxın gələcəkdə gözlənilmir".
Balıqçılıq fəaliyyəti ilə məşğul olanların qənaətincə, balıq mövsümü artıq yekunlaşdığına görə bazarda ucuzlaşma olmayacaq: "Balıq ovunda artım yoxdur. Ucuzlaşma ancaq göldə yetişdirilən balıqların qiymətində ola bilər. Ancaq artıq mövsüm bağlanıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 289   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 249
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 704
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 368
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 508
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21.04.2024 507
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 398
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 321
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 509
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 267