Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub"

Müğənnidən ETİRAZ: "Efirlərimiz arvad bazarı, qeybət yeri olub""Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da insanlar öz xanımlarının, qayınanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin, gəlinlər qayınanalarının ayıblarını açırlar".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O daha sonra əlavə edib:

"Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin, musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır, efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmazdılar. Reytinq xətrinə bunları etməməlidirlər".

Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu yaxşı yad etsinlər:
"İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar. Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb ki... Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə anılsın. Onlar gözləməsinlər ki, insanlar o öləndən sonra sağ ikən danışa bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah bir daha göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək insanı əzməyəsən. Əzirsənsə, yoxluğunda da o şəxslər danışacaq. Deməsələr, əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən də sonra gözəl yad edilək".

Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib:

"Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar digərlərinin danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət verirlər. Ona görə də danışanlar, müzakirə edənlər, əslində, özlərini görsələr, dəyişərlər. İnşallah, onlar da düzəlib yararlı işlərlə məşğul olarlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 390   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 654
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1598
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 1092
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

20:30 128
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1261
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 859
.

Yıldız Tilbe bu dəfə dişsiz fotosu ilə diqqət çəkdi

Türkiyəli müğənni Yıldız Tilbe bu dəfə də görünüşü ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, özünə protez dişlər düzəltdirən ifaçı həkimə getməzdən əvvəl çəkdirdiyi şəkli sosial media hesabında izləyiciləri ilə bölüşüb. Tilbenin ön dişlərinin olmaması izləyicilərin diqqətini çəkib. Onların çoxu müğənnini

28.04.2024 671
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 350
.

Pərvin Abıyeva ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Tanınmış aktrisa Pərvin Abıyeva rəqsi ilə gündəm olub. BİG.AZ -ə istinadən bildirir ki, paytaxtdakı məclislərdən birində qonaqlıqda iştirak edən aktisa əsl rəqs şousu göstərib. Abıyeva məşhur ərəb mahnısı olan "Allah Allah Ya Baba"nın sədaları altında xeyli rəqs edib. Aktrisanın rəqs hərəkətlər

28.04.2024 1115