Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?

Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?Azərbaycanda ziyarətə getmək istəyənlərə qarşı dələduzluq edilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı Təvəkkül adlı şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində Məşhəd, Kərbəla, həcc və ümrə ziyarətlərinə getmək istəyən ümumilikdə 67 nəfəri aldadıb.

Zərərçəkənlərdən 50-si qadın, 17-si kişidir. Təqsirləndirilən şəxs onların hər birindən ziyarət ediləcək yerə görə 1000 və 5000 manat aralığında pul alıb.

Beləcə, Təvəkkül onların ümumilikdə 158 min 318 manatını ələ keçirib.

Dələduzluq əməlləri 2023-cü il yanvarın 10-dan həmin il oktyabrın 22-dək davam edib.

Məlumata görə, Təvəkkül özü də aldatdığı şəxslərlə birgə əvvəllər bir neçə dəfə ziyarətlərdə olub. Beləcə aldatdığı adamların inamını qazanıb və Hacı Təvəkkül kimi tanınıb.

Hacı Təvəkkül Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Hacı Təvəkkül əvvəllər də dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 455   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin hücumlarında bir qadın da daxil olmaqla daha 4 jurnalist öldü

İsrail ordusunun Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində biri qadın olan daha 4 jurnalist ölüb. Bu barədə Qəzza hökuməti media ofisi məlumat yayıb. İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən Qəzza sektorunda öldürülən jurnalistlər haqqında məlumat verilib

17.05.2024 122
.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

17.05.2024 355
.

Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr

Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın

17.05.2024 169
.

Slovakiyanın Baş nazirinə silahla hücum edildi - VİDEO

Slovakiyanın baş naziri Robert Fiko silahlı hücuma məruz qalıb. BİG.AZ xəbər verir ki, atışma zamanı baş naziri xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs yaxalanıb. Hadisə yerindən olan videonu təqdim edirik:

17.05.2024 185
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 1654
.

Düsseldorfda yanğın nəticəsində 3 nəfər öldü

Almaniyanın Düsseldorf şəhərində binada yanğın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Hadisə zamanı alov yuxarı mərtəbələrə yayılıb və partlayış binanı bürüyüb. Yaralanan şəxslərdən ikisinin vəziyyəti ağır olduğu bildirilib. Hadisə zamanı binanın qarşısındak

17.05.2024 135
.

Gürcüstan parlamentində yumruq davası oldu - VİDEO

Gürcüstan parlamentində xarici təsirlərin şəffaflığı ilə bağlı qanun layihəsi müzakirə edilərkən maraqlı anlar yaşanıb. BİG.AZ xəbər verir ki, deputatlar parlamentində yumruq davasına çıxıblar. Hadisənin baş vermə görüntüləri sosial şəbəkələrdə yayılıb. Sözügedən videonu təqdim edirik:

17.05.2024 168
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 365
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 152