İlahiyyatçıdan sensasiyalı açıqlama: "Bunu etsəniz, ölülərinizə əzab veriləcək"

İlahiyyatçıdan sensasiyalı açıqlama: "Bunu etsəniz, ölülərinizə əzab veriləcək""İslam mənbələrində bildirilir ki, qəbirlərin üzərinə yazı yazmaq haramdır və icazəli deyildir. Qəbrinin üzərinə bəzən insanların vəsiyyətinə uyğun olaraq müxtəlif şer parçaları və.s. yazdırılır. Bəzən də mərhumun yaxınları ölən şəxs üçün qəbir daşına müxtəlif yazılar yazırlar. Bütün bunlar şəriətdə qadağan olunub".

BiG.AZ xəbər verir ki, bu fikirləri "Yeni Sabah"a ilahiyyatçı Əkrəm Həsənov Mərdəkan qəbiristanlığında məzarların birinə QR kod qoyulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O qeyd edib ki, dinimizdə buna icazə yoxdur:

"Allah Rəsulu sağlığında insanlara qəbrin necə bir sadə üsulda olmasını tövsiyə edib. O ki, qaldı qəbirin üzərinə QR kod yerləşdirmək və ölən şəxsin məlumatlarını orada toplamaq, belə bir yanaşma dinimizdə yoxdur və bu sadəcə özünü hamıdan üstün hesab etmək sayılır. Belə hallar qəbirdə yatan üçün qəbir əzabı olması ehtimalını yaradır. Çünki, Allah Rəsulu hədislərində bildirib ki, ölən şəxsin yaxınları onun üçün ağladıqda, onun şənini tərifləyib qeyri-adi əməllər etdikdə ölən şəxsə qəbirdə əzab verilir və ona deyilir ki, məgər sən buna layiqsənmi? Nəsə müasir dövrdə insanların çoxu həyatda yaşadıqları kimi öləndən sonra da dinə zidd işlər həyata keçirirlər ki, şəriətdə bununla bağlı heç bir dəlil gəlməyib, əksinə belə etmək qadağan olunub.

Bu iş İslam dini baxımından düzgün deyil. Qəbirlər hər şeydən əvvəl sadə olmalıdır. Yerdən hündür olmamalıdır. Qəbir daşları hazırlandığı vaxt israfdan uzaq durmaq lazımdır. Qəbir məsələsində əsl məqsəd onlardan dərs almaq, dünya həyatının müvəqqətiliyini yada salmaq və imtahan olduğunu düşünmək olmalıdır".

İlahiyyatçı, həmçinin, qeyd edir ki, qəbirləri hündür və dəbdəbəli hala salıb şəkil qoydurmaq israfın xaricində qarşısıalınmaz fəsadlara da səbəb olur:

"İnsanlar bir müddətdən sonra bir-birinə baxıb yarışırlar. Təkcə öz qohum-əqrəbalarını deyil, din alimi kimi qəbul etdikləri şəxslərin, eləcə də siyasi rəhbərlərin müxtəlif ölçülü şəkillərini baş daşının üzərinə həkk etdirirlər. Bu halla öz yan-yörəmizdə tez-tez qarşılaşırıq. Nəticə etibarilə qəbirlər düşünüb ibrət almaq üçün vasitə deyil, necə deyərlər, özünü göstərmək və nəyi isə nümayiş etdirmək vasitəsinə çevrilir. Bu o qədər acınacaqlı bir haldır ki, bir çox insan ölüsünün qəbrinin üstünü düzəltdirmək, başqalarından geri qalmamaq üçün borca düşür. İslam dininə əsasən bu cür hərəkətlərdən uzaq durmaq lazımdır.

Bizdə gözəl bir adət var. Qəbrin ətrafında ağac və güllər əkirik. Bunun kökü çox qədim zamanlara gedib çıxır. İslamda bu adət haqqında bəzi alimlər müxtəlif rəylər veriblər. Məsələn, elə İslam alimləri var ki, onlar qəbir üstündə ağac əkməyin İslama görə düzgün olmadığını deyirlər. Ancaq biz bu adəti qədimdən üzü bəri icra edirik. Təkcə bizdə yox, bu məsələ bütün dinlərdə və bütün islam məzhəblərində mövcuddur. Bu gün bir çox islam ölkələrində bu adətə riayət edirlər. Ancaq bunun düzgün olmadığını deyən alimlər bildiriblər ki, bu xüsusi ilə Peyğəmbərə aid olan məsələ idi. Çünki, peyğəmbər kimin əzab çəkdiyini bilirdi. Biz isə adi insnalarıq və bunun fərqində deyilik. Buna görə ağac əkməyi düzgün hesab etmirlər. Buna baxmayaraq, təkcə bizdə yox, bütün İslam dünyasında qəbirin yanında ağaclar əkilir ki, bununla həmin ağaclar Allahı zikr edirlər və bu da qəbir sahibinin əzabını yüngülləşdirir. Bir sözlə, bu məsələ hələ də mübahisəli məsələdir. Ancaq qeyd edim ki, bizdə bu məsələ qədimdən adət halını alıb. Əslində belə olmasını mən daha yaxşı hesab edirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 542   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

15:53 322
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 1081
.

DSX əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonu ərazisində mina hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib

12:40 337
.

"Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına böyük təkan verəcək" - DEPUTAT

"Ölkələrarası münasibətlərin pisləşdiyi, qarşıdurma meyillərinin artdığı hazırki dövrdə Azərbaycan dünya dövlətləri ilə mövcud əlaqələrini genişləndirməkdə, yeni-yeni əməkdaşlıq sahələri qurmaqdadır. Milli maraqlarımızın qorunması və ölkəmizin nüfuzunun artması istiqamətində ölkə başçımız cəna

18:10 143
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

16:37 515
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

17:09 324
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

16:04 153
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 581
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140