"Rəsmi İrəvan sədaqətlə Qərbə qulluq göstərməyə çalışır" - POLİTOLOQ

"Rəsmi İrəvan sədaqətlə Qərbə qulluq göstərməyə çalışır" - POLİTOLOQXəbər verdiyimiz kimi, ötən gün ABŞ-nin dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

O, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

"Brüssel görüşü ərəfəsində ABŞ Dövlət katibi Blinkenin,ardınca isə Avropa Komissiyasinin sədri Ursula Fon Der Leyenin Azərbaycan prezidenti İlham Əliyevə zəng etmələri göstərir ki,tərəflər bu görüşlə əlaqədar Bakinin narahatlığını nəzərə aliblar. Bu isə hər iki tərəfin rəsmi Baki ilə əməkdaşliğa əhəmiyyət verməsinin göstəricisi olmaqla yanaşı Azərbaycanın Cənubi Qafqazın lider dövlət kimi qəbul olunmasina işarədir.Lakin,tərəflər Azərbaycanla onun Avropanın enerji təhlükəsizliyində oynadığı rol anlaminda əməkdaşlığın genişləndirilməsinə önəm verirlər,Cənubi Qafqazin hazırkı geosiyasi komfiqurasiyasının dəyişdirilməsində rəsmi Bakinin Qərbin təklif etdiyi şərtlər müqabilində əməkdaşlıqdan kənarda durmaları Qərbi qane etmir. Qərb Azərbaycanın Ermənistandan fərqli olaraq Cənubi Qafqaz ətrafında gedən geosiyasiyasi oyunlarda ondan alət kimi istifadə etməyəcəyinin mahiyyətinə varır,ona görə də Ermənistan vasitəsilə onu təhdid etməkdə davam edir. Azərbaycan torpaqları işğal altında olanda Rusiyanın tapşırıqlarını yerinə yetirən, rəsmi İrəvan indi də eyni sədaqətlə qərbə qulluq göstərməyə çalışır.".

Bu sözləri BiG.AZ-A politoloq Elşən Manafov deyib.

O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Blinkenlə apardığı sonuncu telefon danışığında Qərbin Azərbaycanda insan haqları sahəsindəki durumla bağlı amillərə söykənərək Azərbaycanın daxili işlərinə qarışmasının beynəlxalq hüququn normaları baxımından yolverilməz olduğunu xatırlatmasi göstərir ki,Qərbdə bəlli dairələr Azərbaycanı təhdid edə biləcək layihələr ətrafında işləyirlər.

"Qərb Azərbaycanı inandirmaq istəyir ki,Brüssel formatında danışıqlarda müzakirə predmeti Ermənistandakı islahatlara dəstək adi altında aparılacaq və iqtisadi məzmun təşkil edəcək. 2021-ci ildə Avropa Birliyinin Ermənistana 2,6 milyard avro,Azərbaycana isə 150 milyon avro ayırdığını burada hami xatırlayır. Digər tərəfdən Avropa Birliyinin Fransa vasitəsilə Ermənistanı silahlandirmaqda davam edəcəyi gözləniləndir. Ermənistanın Naxçıvan istiqamətində Qərbdən xeyir-dua almaqla hücuma keçəcəyi halda Türkiyənin Şuşa bəyannaməsinin razılıqlarına müvafiq olaraq Azərbaycanın yanında olacağı birmənalidir.Digər tərəfdən Şuşa bəyannaməsi həm də 1921-ci ilin 13 oktyabr Qars müqaviləsinin davamıdır,burada isə Rusiya da təmsil olunub,müqavilə müddətsiz imzalandığına görə bu gün də qüvvədədir.
Rusiyanın Azərbaycanla imzaladığı müqaviləyə gəlincə nə qədər ki,Ermənistan KTMT-nin üzvidir, Rusiya rəsmən Azərbaycanın tərəfində yer almayacaq,lakin hücum edən tərəf Ermənistan olacaqsa, nə Rusiya,nə də KTMT ona dəstək olmayacaqlar, Ermənistanın Rusiya və KTMT-yə münasibəti konteksində bu təmamilə anlaşılandır.Yox əgər Ermənistan Qərbin hərbi dəstəyi ilə regional ,geosiyasi konfiqurasiyasinin dəyişdirilməsinə cəhd edərsə,onda qarşısında KTMT-ni və Azərbaycani görəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 283   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

15:56 204
.

Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO

Azərbaycanda hər yeddi uşaqdan biri qeyri-qanuni nikahdan doğulur. Bu, Dövlət Statistika Komitəsinin məlumatlarda qeyd edilib. Millət vəkili Fəzail Ağamalı bildirib ki, həmin nikahlar Avropa ölkələrində azalsa da, ölkəmizdə artmaqdadır:. "Gənclərin atdığı bu addım hər iki tərəf və gələcəkdə doğulaca

17:46 105
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 497
.

Aprelin son gününün HAVA PROQNOZU

Aprelin 30-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti

12:52 257
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 501
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 603
.

Almatı görüşündən gözləntilər nədir? - RƏY

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda görüşəcəklər. Politoloq Elşən Manafov -a bildirib ki ,Almatıda baş tutacaq növbəti görüş tərəflər arasındakı problemlərin vasitəçilərsiz çözülə biləcəyi ilə bağlı prezident İlham Əliyevin irəli sürdüyü təklifləri

17:03 148
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 170
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 274