"Gənclər ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar" - Kamran Əsədov

"Gənclər ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar" - Kamran ƏsədovAzərbaycanda "təhsil" dedikdə ağıllara əsasən ali təhsil,universitet gəlir. Valideynlər övladlarını "hər kəs ali təhsilli olmalıdır" düşüncəsi ilə böyüdürlər. Lakin inkişaf etmiş ölkələrdə peşə təhsili də cəmiyyəti inkişafa aparan amillərdən hesab olunur. Bəs Azərbaycanda peşə təhsili nə qədər inkişaf edib? Azərbaycanda hansı məqsədlə peşə təhsilinə yönəlirlər?

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəbləri bitirənlərin əksəriyyət ali təhsil arxasınca qaçır.Ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq.Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar:

"İlk növbədə qeyd edim ki, əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəsüflər olsun ki, orta məktəbləri bitirənlərin əksəriyyət ali təhsil arxasınca qaçır.
Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır.Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra, öz növbəsində, bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.
Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu olacaq. Çünki ali təhsil almış şəxslər heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün ciddi maneələr, sədlər var. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə işlə təmin olunurlar. Təəssüflər olsun ki, məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir.
Bu gün ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrində hazırlanan ixtisaslı kadrlar azlıq təşkil edirdi. Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac olur. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var iid. Hesab edirəm ki, atılan bu addımlar gəclərin peşə təhsilinə marağını artıracaq".

Şəbnəm Lətifi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 330   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Yaşıl ölkə - 2024" başa çatdı

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Yaşıl ölkə 2024" ekoloji avtomobillər yürüş-festivalı uğuqrla həyata keçirildi. Xatırladırıq ki, tədbiri Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasını

15:02 84
.

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

İsveçrə Federal Şurasının (hökumət) sədri və vitse-kansleri Andre Simonatsi dağlara yürüyüş zamanı keçinib. "Report" xəbər verir ki, bu barədə hökumət portalında məlumat verilib. Məlumata görə, siyasətçi dağlarda dincəlməyi çox sevirmiş. Cümə günü, mayın 10-da o, yürüyüş zamanı huşunu itiri

12.05.2024 252
.

Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Mərdəliyev Müqabil Yusif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zaman

12.05.2024 267
.

Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsı

12:40 600
.

11-ci sinif şagirdini maşın vurub öldürdü

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki

10:22 699
.

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Sirac Elman oğlu İbrahimov marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağl

12.05.2024 245
.

Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək

Böyük Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək. "Report" BBC-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Fələstin sahillərində üzən platformanın tikintisini şərh edərkən deyib. "Kral Donanmasının RFA Cardigan Bay gəmis

12.05.2024 231
.

Hindistan XİN: "ABŞ-nin hökmranlığı sona çatıb"

"ABŞ-nin hökmranlığı sona çatıb". Bu fikri PTI-yə müsahibəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. "ABŞ-nin Soyuq Müharibə bitdikdən sonra başlayan hökmranlığı bu gün faktiki olaraq sona çatıb. Birləşmiş Ştatlar hələ də dünyanın aparıcı gücü olaraq qalır. Amm

12.05.2024 231
.

Modi istefa verməyəcək

"Hindistanın baş naziri Narendra Modi 2025-ci ildə 75 yaşı tamam olduqdan sonra istefa verməyəcək". Bunu respublikanın cənubunda yerləşən Heydərabadda keçirdiyi mətbuat konfransında ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Amit Şah deyib. "Modini əvəz etməyə ehtiyacımız yoxdur. Onun dəyişdirilməyəcəy

12.05.2024 282