"Mən kral deyiləm..." - Rövşən Nəcəf

"Mən kral deyiləm..." - Rövşən NəcəfBu gün AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" həmin müsahibəni təqdim edir:

- Milli komandanın baş məşqçisi kim olacaq? Yerli, yoxsa əcnəbi mütəxəssis?

- Keçən ilin dekabrında xüsusi komissiya yaradılıb. Müəyyən qısa siyahı hazırlanıb, məşqçilərlə danışıq aparılıb. Danışıqlar artıq tamamlanmaq üzrədir, rəsmiləşdirilməsi vəzifəsini yerinə yetirəcəyik. Sadəcə zaman yeni İK-nin vaxtına düşür. Amma yenə müzakirə olunacaq. İstənilən qərarın verilməsində yerli-əcnəbi faktoru yox, millimizdən gözlədiyimiz oyun tərzinin ön plana çıxmasıdır. Yerli və əcnəbi də ola bilər. Məşqçi haqda qərarı verəndə bacarıq, baxış və dəyərləri düşünməliyik. Daha çox fokuslanmalı olduğumuz həmin məşqçinin bizə verəcəyi əlavə dəyər, inkişafdır.

- Son 6-7 il ərzində AFFA rəhbərliyi mətbuatdan uzaq idi. Siz də "Neftçi"yə gələndə sizi tez-tez görə bilmirdik. Sizin media ilə əlaqəli nəsə proqramınız, ideyanız var? Tez-tez görünəcəksiniz, yoxsa sizi ildə 1-2 dəfə görəcəyik?

- Futbolun inkişafına futbola aidiyyəti olan qurumların və şəxslərin birgə fəaliyyəti nəticəsində nail ola bilərik. Futbol mediası da futbolumuzun ayrılmaz, önəmli hissələrindən biridir. AFFA-nın məqsədlərinə çatmasında sizin də köməyiniz olacaq. Media olmadan bu mümkün deyil. Maliyyəni təyin etmək üçün milli çempionatımızda məhsul formalaşdırmalıyıq. Bu da maliyyə vəsaitinin cəlb edilməsidir. Burada medianın rolu danılmazdır. AFFA media ilə daha da sıx işləyəcək. Müəyyən dövrdən sonra zaman lazımdır ki, strategiya üzərində işləyək. Media nümayəndələri ilə görüş keçirəcəyik. Həmin görüşü media ilə qapılar arxasında danışarıq. Hansı çətinliklər var, medianın AFFA-dan gözləntiləri nədir, öz aramızda müzakirə edərik. Qapalı qapılar arxasında insanlar fikirlərini daha rahat şəkildə ifadə edə bilir. Futbolun inkişafında bizə dəstək verəcək media kimi görəcəyik. Suallarınız da olarsa, AFFA-ya müraciət edə bilərsiniz. Vaxtaşırı konfranslar keçirəcəyik.

- Keçmişdə qalan illərdə milli komandalar səviyyəsində heç bir uğur görməmişik. Bizim üçün son ümid budur. Azərbaycan millisinin heyətində uğurlu olan veteranlarla bağlı planlarınız nədir?

- Əslində, bu sualın cavabını əvvəlki çıxışımda bildirdim. Millidə oynamış bütün üzvlərdən bəhrələnəcəyik. Konkret necə? Onunla bağlı biz müəyyən proqram düşünəcəyik.

- "Qəbələ" hazırda sonuncu pillədədir. Orada infrastruktur çox yaxşıdır. Bu komandanı bir il itirə bilərik. Planlara əsasən, Premyer Liqada klubların sayı arta bilər? "Qəbələ" Liqada qala bilər?

- İK-də qərarları bütün üzvlərlə birlikdə müzakirə edərək qəbul edəcəyik. Bugünkü iclas qarşıya qoyulan, qısa müddətdə verilən qərarlarla bağlıdır. Müzakirə olunacaq məsələlərdən biri də çempionatın formatı və klub sayına yenidən baxılması olacaq. Hansısa qərar yoxdur. Buna zaman olmayıb. Bu, təhlil tələb edir. İK-nin bütün qərarları təhlilə əsaslanaraq qəbul olunacaq. Hansısa qərarı verəcək, digər ölkələrdəki təcrübəni də nəzərə alacağıq. Nəyə fikir vermək lazımdır, nə işləyir, nə işləmir, bunları təhlil edib qərar verəcəyik. Bəzi hədəflərə qısa müddətdə nail olmaq çətindir. Bəzi qərarlar qısa müddətdə qəbul oluna bilər. Liqanın formatı ilə bağlı təhlil aparacağıq.

- Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib özləri kənara çəkilir. Siz necə edəcəksiniz? Məsuliyyəti üzərinizə götürəcəksiniz?

- Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- Milli komanda zəif bənd rolunu oynayır. Udanda da tənqid olunur, məsxərəyə qoyulur. Bunu nə ilə əlaqələndirirsiz? Futbol üzərində maraqların toqquşmasıdır?

- Bu sualı cavablandırmaq çətindir. Necə məsxərəyə qoyulub? Bir-iki nəfər? Bu, futbol icması deyil. Gərək hamının səsini nəzərə alaq. Bir-iki nəfər söz deyirsə, o demək deyil ki, bütün futbol icmasının rəyidir. Bəli, millimizdir, Azərbaycanı təmsil edir. Uğurlu gündə də, uğursuz günlərdə də komandanın yanında olmalıyıq. Kritik şərhləri verməliyik, öz fikirlərimizi bölüşməliyik. Oyunçuların ailələri, övladları var. Onlara qarşı şəxsi, düzgün olmayan, qeyri-etik sözlərin işlədilməsi düzgün deyil. Amma yenə də söz azadlığıdır, hər insan fikrini ifadə etməkdə azaddır. Millimiz bizim şərəf yerimizdir. Daim onların yanında olmalıyıq. Xarici çempionatlarda görürük ki, azarkeşlər uduzan komandasını da alqışlayır. Bəzən səndən zəiflərə də uduza bilərsən. Həmin gün oyunçuların motivasiyası aşağı ola bilər. Futbolu maraqlı edən bu növ hallardır. Mütəxəssislər öz fikirlərini səsləndirməkdə sərbəstdir. Amma oyunçuların insan olduğu, onların da yaxınlarını unutmamaq düzgün olardı.

- AFFA-da bəzi postlar boşdur. "Neftçi"dəki klubdan kimisə AFFA-da görə bilərik?

- Bu gün seçilmişəm. İmkan olmayıb müzakirə edək. Qısa müddətdə bunları müzakirə edib AFFA-nın təşkilatı strukturunda da dəyişiklik edilməsi mümkündür. Hansısa departament, şöbələrin birləşməsi, ayrılması mümkündür. Ola bilər ki, növbəti iki ilə ehtiyac olmasın. Strukturu görüb daha sonra müzakirə etmək lazımdır. Bu gündən "Neftçi"nin MŞ-də iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə tək "Neftçi" yox, digər klublarla müzakirələr apara bilərik. "Sabah"ın Masazırdakı stadionuna çox azarkeş gəlir. O təcrübənin onlardan öyrənilməsi çox yaxşı olardı. Klub atributunun satılmasında "Qarabağ" çox irəlidədir. Həmin klublarda çalışan mütəxəssislərin dəyərli fikirlərindən yararlanmaq çox dəyərli olacaq.

- "Xəzər Lənkəran" cəbhəsində son vaxtlar sıçrayış var. Onların Premyer Liqaya qayıtması AFFA-nın gündəmində var?

- Hələ ki, bu, müzakirə mövzusu deyil. Liqada olub-olmamalarına AFFA qərar vermir, ədalətli rəqabət nəticəsində oyun meydançasında müəyyənləşir. Bu sual bizə yox, komandaların uğurlu nəticəsindən asılı olan qərardır. İK-nın səalahiyyətləri müəyyənləşib. Hansı komandanın harada olması mandata daxil deyil.

- Baş məşqçinin təyinatı üçün son gün təyin edilib?

- Artıq baş verməli idi, müəyyən hüquqi məsələlərin müzakirəsinə görə uzanıb. Məşqçilərlə danışıqlar aparılıb. Məşqçilərin adını niyə səsləndirə bilmirəm? Çünki onlarla razılaşmaya əsasən, məxfi saxlanılır. Həmin məşqçilərin xahişinə görədir. Dekabrda bu proses başlanılıb. Əldə edilmiş razılıqlara hörmətlə yanaşırıq. Artıq açıqlanmalı idi. Hüquqi məsələləri qısa müddətdə yekunlaşdırmağa çalışacağıq. Milli qarşıdakı oyunlara hazırlıq görməlidir. Baş məşqçinin hazırlıq üçün vaxtı olmalıdır.

- İK-də futbol adamlarının sayı cəmi 2 nəfərdir. Futbol adamlarının az olması nə ilə bağlıdır?

- Futbola bağlı olan insanların sayı cəmi 2 deyil, icazə verin, razılaşmayım. Sabiq futbolçuların sayı ikidir. Amma futbol aləmində olan, futbola müxtəlif dövrlərdə bağlılığı olan, inkişafına töhfə verən insanlar cəlb edilib. Maliyyə, infrastruktur, uşaq futbolu, teleyayımın inkişafından, sponsorların cəlb edilməsindən danışırıq. Bütün bunlar müxtəlif sahələrdə müxtəlif bacarıq tələb edir. İK-nin üzvləri də futbola sevgisi olan insanlardır.

- Bu gün "Neftçi" – "Qarabağ" matçında keçmiş komandanıza azarkeşlik edəcəksiniz?

- Səlahiyyətlərim bu gündən başlayır? Artıq bu gündən başladı. Zarafat edirəm. Bundan sonra Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq. Milli komandamızın, eyni zamanda klubların hamısının azarkeşi olacağıq. Onların inkişafı üçün əlindən gələni əsirgməyən İK-nin üzvündən biri olacağam. Avropa yarışlarında, ümid edirəm ki, komandalarımız daha irəli gələr. Həmin oyunlarda daha rahat azarkeşlik etmək olar. Klublarımız avrokuboklarda çıxış edəndə hamımız dəstək veririk. "Qarabağ"ın uğurları göstərdi ki, avrokuboklarda yalnız azarkeşlərin hamısı onları dəstəkləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 423   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233