Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin son vaxtlar xakerlər iPhone modellərinə də müdaxilə edirlər. Ona görə də hansı telefondan istifadə etməyimizdən asılı olmayaraq, zərərli proqramlar təhlükə mənbəyinə çevrilə bilir.

Lakin smartfonları zərərli proqramlardan qorumağın bir sıra üsulları var.

Cihazın əməliyyat sistemini və proqramlarını mütəmadi olaraq yeniləmək lazımdır. Həmçinin naməlum mənbələrdən proqramların yüklənməsi mobil cihazlar üçün risklidir. Bu proqramlar cihaza zərər verə, şəxsi məlumatları oğurlaya və ya cihazın işinə mənfi təsir göstərə bilər.

Antivirus proqramlardan istifadə etmək də çox önəmlidir.

Bu proqramlar cihaza yoluxa biləcək virusları, troyanları, soxulcanları, casus proqramları və digər zərərli proqramları aşkarlayır və bloklayır. Saxta linklərə qarşı xüsusilə ehtiyatlı olmaq lazımdır. Naməlum nömrədən gələn mesajlara və ya e-poçtlardakı naməlum keçidlərə klikləməkdən çəkinmək lazımdır. Bu bağlantılar zərərli virusların cihaza yoluxmasına icazə verə bilər.

Son zamanlar fırıldaqçılar etibarlı mənbə kimi görünən hesablardan e-məktublar göndərir və "bəzi problemləri həll etmək" üçün linklərə klikləməyi söyləyirlər. Saxta linklərə kliklədiyimiz zaman hakerlər məlumatlarımızı, kart hesablarımızı oğurlaya bilir.

Bundan əlavə həmişə güclü parollardan istifadə etmək lazımdır. Güclü parollar hesablarımızı şəxslərin və ya avtomatlaşdırılmış hücum proqramlarının girişindən qoruyur. Zəif parollar asanlıqla təxmin edilə və oğurlana bilər ki, bu da hesabların təhlükəsizliyinə xələl gətirir.

Parollar nə qədər uzun olarsa, təhlükəsizlik səviyyəsi də bir o qədər yüksək olar.

Ən azı 12 simvoldan ibarət paroldan istifadə etmək lazımdır. Parol seçərkən sadə və asanlıqla təxmin edilə bilən parollar deyil, təsadüfi sözlər, rəqəmlər və xüsusi simvollardan ibarət uzun sətirdən istifadə etmək tövsiyə edilir. Parollara hərflər, rəqəmlər və xüsusi simvollar (məsələn, !, @). , #, $, % və s.) yazmaq məsləhətlidir. Hesabların təhlükəsizliyini artırmaq üçün parolları mütəmadi olaraq dəyişmək lazımdır./Sfera.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 416   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 242
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 940
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 125
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 64
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 864
.

"Filosof Atakan" 5 ildən sonra... - Foto

Türkiyədə 5 il öncə "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, onun barəsində Türkiyə mətbuatı məlumat yayıb. Hazırda 15 yaşı olan Kayalar məşhurlaşdığı vaxtdan danışıb:. "Birdən-birə məşhurlaşanda özümü yorğu

10:59 274
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 475
.

Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətində keçirilən etiraz aksiyalarına müqaviləli hərbi qulluqçuların qoşulması barədə məlumatın yayılmasından sonra tədbirlər görməyə başlayıb. Bu barədə Ermənistanın hərbi qurumundan xəbər verilib. "İnternetdə hərbi geyimli insanların Kirantsda siyasi mitinq

11:59 164
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 594