Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEOBaku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub.

Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu ad ona vəftiz zamanı verilib. Amma valideynləri sonradan fikirlərini dəyişiblər və uşağa XVIII əsrdə yaşayan Peru inqilabçısı II Tupak Amarunun adını vermək qərarına gəliblər. Şakur soyadını isə Tupak doğma atası oğlunun doğulmasını gözləmədən ailəni tərk etdiyinə görə ögey atasından alıb.

Tupakın 17 yaşı olanda ailəsi Baltimordan Kaliforniyanın Marin-Siti şəhərinə köçmək məcburiyyətində qalıb. Şakurun anası tezliklə narkotikə aludə olub və Tupak da narkotikə qurşanıb. Qəribədir ki, ailə cinayət və zorakılıqdan qaçmaq üçün Nyu-Yorkdan köçür, lakin burada daha çox təhlükə və bədbəxtlik ilə üzləşir.

Tupak Şakur kriminal həyat tərzi yaşayırdı, bunu heç gizlətmirdi.

1993-cü ildə Tupak Şakur iki polis əməkdaşını güllələyir və qanun onun tərəfini tutur. Məsələ burasındadır ki, polislər sərxoş olublar və Şakur onları maşınına mindirmək istəməyəndə ona hücum ediblər. Üstəlik, polislərin özlərində oğurluq silah olub. Onlar məhkəmədə çaşqın və yalan ifadələr veriblər. Dava polisin qaçması ilə başa çatıb, lakin Şakur hər ikisini güllələyib. Bu, özünümüdafiə hesab olunub.

1995-ci ildə Tupak bir fanata cinsi təcavüz etdiyinə görə 4 il həbs edilir. Oradakı hekayə bütün əvvəlki hallarda olduğu kimi qaranlıqdır. Tupak Şakur dustaqxanada bir il belə qalmadan azadlığa buraxılır. Bu, "Death Row" səsyazma studiyasının rəhbəri tərəfindən verilən təxminən 1,5 milyon dollarlıq girov sayəsində baş verir. Leyblın rəhbəri Şuq Nayt sənətçinin qarşısına şərt qoyur: o, Tupakın imzaladığı müqavilə müqabilində azadlığa buraxılacaq. Şakur 3 yeni albom buraxmalı olur.

7 sentyabr 1996-cı il tarixində Tupak Las-Veqasda naməlum şəxslər tərəfindən güllələnərək öldürülür. Bu, Şakur və onun meneceri ilə Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks matçında iştirak etdikdən sonra baş verir. Şakur menecerinin "BMW 750i" avtomobilinin sərnişin oturacağında əyləşir. Yol kəsişmələrinin birində ağ rəngli "Cadillac" avtomobilin yanında dayanır və oradan naməlum şəxslər reperi güllələyirlər. Onun mühafizəçiləri hücum edənləri təqib etsələr də, nəticəsi olmur.

Ən çox yayılmış versiya Orlando Andersonun qisası olsa da, qətl bu günə qədər açılmamış qalır. Bundan başqa, məlumdur ki, Şakurun ölümündən az sonra Orlandonun hesabına külli miqdarda pul daxil olmağa başlayır və buna görə də qətlin əsl sifarişçisinin qarşı tərəfin lideri olan repçi Notorious B.I.G. olması versiyası yaranır. Əvvəllər yaxşı dostlar olan repçilər sonradan güclü rəqibə çevriliblər və fanatları da "şərqçi-qərbçi" olaraq bölünmüşdü. 1997-ci ildə Notorious da güllələnərək öldürülür.

Açıqlanmamış vəsiyyətinə uyğun olaraq reperin qaradərili qardaşları qazlı su, toyuq qanadları, yəni Tupakın sevdiyi yeməklərini alıb, sahildə dostunun külünü marixuanaya qarışdıraraq siqaret kimi çəkirlər və "Bunu dostumuz özü istəyib" deyirlər.

Dostları onun ölümünün sadəcə gözdən uzaqlaşmaq üçün bir yalan olduğunu, bir gün onun geri dönəcəyini də söyləyiblər.

Ətraflı süjetdə:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 614   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu zavod bağlanır

"Qazax Konserv Zavodu" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. BİG.AZ -a istinadla xəbər verir ki, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılıb. Səhmdarların ümumi yığıncağına ASC-nin ləğvi, bununla bağlı İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının

10:14 313
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 248
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

26.04.2024 209
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

26.04.2024 937
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 588
.

189819 hərfdən ibarət sözün mənası nədir?

İngilis dilində 189819 hərfdən ibarət söz olduğunu bilirdinizmi?. -ın xarici mediaya istinadən xəbərinə görə, bu söz "metionil." ilə başlayıb, ".izolösin" ilə bitir. Bu sözün tələffüzü 3 saata qədər vaxt aparır. Bu nəhəng söz 34 mindən çox amin turşusundan ibarət olan və onların siyahısın

12:57 146
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 224
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 205
.

"Özünü sındırmırdı, amma qəm içində idi"

"İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişind

10:21 254