"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - PolitoloqKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu ay bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub. İmanqali Tasmaqambetov vurğulayıb ki, Ermənistan qurumu tərk edə bilər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Qərbin təhlükəsizlik sisteminə inteqrasiya xətti götürmüş Ermənistanın bu təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi.Lakin Qərbdən təhlükəsizlik sahəsində ciddi təminatlar almadan rəsmi İrəvanın Qərb hərbi qüvvələrini bölgəyə dəvət etmək xətti regionun təhlükəsizlik problemlərinin həllinə 3+3 formatında yanaşan dövlətləri,ilk növbədə Rusiya və İranı,o cümlədən Azərbaycanı qane etmir və rəsmi İrəvan bu mənada dövlətçiliyini perspektiv təhdid altında qoyur:
"Hazırda dünyada geosiyasi güc mərkəzləri arasında qlobal qarşıdurmanın güclənməsi qarşı duran tərəflərin öz müdafiə qabiliyyətini gücləndirmək,silahlı qüvvələrin döyüş hazırlığını müvafiq səviyyədə saxlamaq,əks tərəfə hərbi əzələ nümayiş etdirmək,onları gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkindirmək məqsədi ilə hərbi bloklara daxil olan dövlətləri belə təlim məşqlərinin mütamadi keçirilməsi zərurətini gücləndirib.Adətən belə təlimlərdə muttəfiq dövlətlərin silahlı qüvvələri fors major anları üçün koordinasiya hərəkətlərini götur qoy-edir,razılaşdırırlar.
NATO-nun əldə edilmiş razılıqlara baxmayaraq postsovet məkanı istiqamətində irəliləməsi Rusiyanın patronajlıq etdiyi hərbi bloku bu səpkili addımlar atmağa və Şimal alyansının qırmızı xətti keçmək üçün təlimlərin sayını artırmağa sövq edib.Maraqlıdır ki,Rusiya bu addımları təkcə KTMT dövlətləri ilə deyil,Şanxay Əməkdaşliq Şurasında onunla əməkdaşlıq edən dövlətlərlə,məsələn Çin və İranla da atır.Bu mənada bir müddət əvvəl adı çəkilən dövlətlərin hərbi dəniz qüvvələrinin Hind okeanında keçirdiyi təlimlər buna misal ola bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 373   Tarix: 28 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

26.04.2024 219
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 228
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 196
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 547
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 177
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

26.04.2024 286
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 440
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 282
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26.04.2024 227