Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILARSon zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir.

Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir.

Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların boy artımına təsir edən mənfi amillər nələrdir? Qidalanmanın, idmanın, yuxu rejiminin boy uzanmasına təsiri necədir? Boy artımı neçə yaşa qədər davam edir?

Həkim-endokrinoloq Fərhad Burzu Oxu.Az-a açıqlamasında bildirib ki, hər bir cəmiyyətin yerləşdiyi arealda insanların boy və çəki nisbəti spesifikdir:

"Hər ailəyə məxsus boy, çəki inkişaf meyarları var. Təəssüf ki, biz Türkiyə cədvəllərindən istifadə edirik. Çünki Azərbaycan üçün bu məsələdə qəbul olunmuş standartlar mövcud deyil. Cədvəllərə əsasən, yenidoğulmuş dövrdən etibarən uşağın hər dövrə uyğun çəkisinin, boyunun, sümük-skeletinin inkişafının nə qədər yetərsiz və ya artıq olmasını müəyyən edirik.

İnkişaf etmiş ölkələrdə pediatrlar, bağça, məktəb həkimləri il ərzində ən azı bir-iki dəfə boy, çəki inkişaf dərəcələrini ölçür və qeyd edirlər. Nəticədə onların boyunun, çəkisinin və cinsi inkişafının irəlilədiyini və ya geri qaldığını təyin edirlər. Bizim cəmiyyətimizdə bu, yox səviyyəsindədir. Çünki bağçada, məktəblərdə bu proses aparılmır".

F.Burzu deyir ki, yenidoğulmuş dövrdən etibarən uşaqlarda boy artımı geriləyə və ya sürətlə irəliləyə bilər:

"Qısaboyluluğu ən kiçik yaşda təyin etmək mümkündür. Müalicə-təqib tədbirlərinə iki yaşından etibarən başlanılır. Qızlarda 9-13 yaşından, oğlanlarda isə 13-15 yaşdan etibarən cinsi inkişafla yanaşı, boy artmasına da daha ciddi yanaşırıq. Boy inkişafının geriləmə dərəcəsi üç faiz (3-cü persentil) civarındadırsa, boy yetməzliyi hesab olunur. Persentil 100-ün üstündədirsə, boy artıq hesab edilir".

Endokrinoloq vurğulayıb ki, boy artımına təsir edən faktorlar orqanizmdə boy hormonunun ifrazının artıqlığı və azlığı ilə əlaqəlidir:

"Genetik faktor da burada əsas məsələdir. Həm irsi olaraq qısaboyluluq, həm də boy hormonunun yetməzliyi ola bilər. Boy qısalığı və hündürlüyü tək sağlamlıq məsələsi deyil, eyni zamanda, əmək qabiliyyətinin olmaması və əlillik dərəcəsi üçün əsas kimi də dəyərləndirilir. Passiv həyat tərzi, həddən artıq elektron cihazlardan istifadə, stres, qeyri-sağlam qidalanma uşağın böyüməsinə və bədənin ümumi inkişafına mənfi təsir göstərir.

Qeyd edim ki, böyümə hormonunun ifrazı uşaqların yuxu rejimi ilə birbaşa bağlıdır. Belə ki, boy hormonu, əsasən, gecə saat 21:00-3:00 arasında və uşaq yuxuda olarkən ən yüksək ifraz olunma həddinə çatır. Əlbəttə ki, bu saatlarda oyaq olan uşaqlar öz boy potensialından geri qalırlar. Amma vaxtında yatan uşaqlar öz genetik potensialının maksimum həddinə çata bilirlər".

Həkim uşaqların sağlamlığı barədə valideynlərə çağırış edib:

"Ölkəmizdə insanlar özünümüalicə ilə məşğul olmaqdadırlar. Təəssüf ki, çox adam fərqli üsullarla boy hormonları əldə edir. Bu, yolverilməzdir. Sosial şəbəkələrdə satılan dərmanlara nəzarət edən qurum yoxdur və orada kim nə istəyir, satır.

Ölkədə qeydiyyatdan keçməyən çoxlu sayda dərmanlar satılır. Çalışmaq lazımdır ki, həkim yazan dərmanlardan istifadə edilsin. Bütün bu hallardan övladlarınızı qorumaq üçün onların müalicəsini həkim müayinəsi ilə davam etdirməyiniz məqsədəuyğundur".

Pediatr Vaqif Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəkələrdə boy məsələsi ilə bağlı paylaşımlar aktuallaşıb:

"Hər uşağın boy hormonu yoxlanılmalıdır. Bu, atanın, ananın boy ölçüsü və müəyyən əmsalla aparılır. Nəticədə ortaya rəqəm çıxır. Bu rəqəmlə uşağın boy artımında problemin olub-olmadığı bilinir. Eyni zamanda, uşaqların boyunda inkişafın olub-olmaması onun biləyindən edilən rentgen çəkilişindən də bilinir.

Valideynlər bilməlidirlər ki, aptekdəki boy dərmanı satan şəxslər boyu təyin etmirlər. Valideyn uşağının boyunun ölçüsündən narahatdırsa, mütləq həkimə müraciət etməlidir. Əgər aparılan müayinələrdə nəticələr normaldırsa, valideynin özünün boyu balacadırsa, bu, genetik məsələdir. Bunu belə qəbul etmək lazımdır. Tövsiyə edilən dərmanlar sizin uşağınıza mənfi təsir edə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 694   Tarix: 24 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

07.04.2024 447
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1744
.

Yatanda yastığınızın altına 1 diş sarımsaq qoyun, bu xəstəliklərdən qurtulun

Sarımsaq xalq arasında təbii antibiotik kimi tanınır. Yeməklərə qatdığı ləzzətlə yanaşı, sağlamlığa da inanılmaz faydaları var. Təbii ki, ondan düzgün istifadə etmək də vacibdir. xarici mətbuata istinadən xəbər verir ki, yastığın altına sarımsaq qoyub yatmaq, rahat yuxunu qarantiləyir. Sarımsağın daxilindək

10.01.2024 1618
.

Gənclərdə bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorları hansılardır?

İtaliyanın Milan Universitetinin alimləri gənclər arasında bağırsaq xərçənginin inkişafına səbəb olan risk faktorlarını açıqlayıblar. Araşdırmanın nəticələri "Annals of Oncology" jurnalında dərc olunub. Alimlər gənclər arasında bağırsaq xərçənginin artmasına səbəb olan əsas amillərə artıq çəki

03.02.2024 1051
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 587
.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1059
.

ABŞ-də bu mövsüm azı 16 min insan qripdən ölüb

ABŞ-də bu il mövsümi qripdən azı 16 min nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin dərc etdiyi məlumatda deyilir. ABŞ-nin bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virus

18.02.2024 788
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 816
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21.04.2024 194