"Xankəndində yandırılan Novruz tonqalı separatçılığın köklərinə birdəfəlik son qoydu"

"Xankəndində yandırılan Novruz tonqalı separatçılığın köklərinə birdəfəlik son qoydu""Artıq dördüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Bu il dördüncü dəfədir ki, bayram tonqalı Prezident Əliyev tərəfindən məhz işğaldan azad edilmiş Qarabağ torpağında yandırılır. 2021-ci ildə Şuşadan, 2022-ci ildə Suqovuşandan, keçən il Talış kəndindən xalqımıza ünvanlanan bayram təbriki, bu dəfə Xankəndindən ünvanlandı. Təbii ki, Novruz tonqalının Xankəndində alovlandırılmasının və bayram müraciətinin də Xankəndinin əsas meydanı olan "Zəfər" meydanından" edilməsinin öz rəmzi mənası vardır".

Bu sözləri BiG.AZ-a politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, bu, doğma Qarabağ torpaqlarında əbədi olaraq yaşayacağımızın işarəsidir. Bu, böyük xalq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə olmağımızın sübutudur. Keçən dövr ərzində biz bunu hər kəsə, dosta da, düşmənə də, bir sözlə bütün dünyaya sübut edə bildik.

Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltmasının ardınca indi də Novruz tonqalını Xnakəndində alovlandırması əslində uzun illər davam edən Qarabağ manipulyasiyasına vurulan son zərbə olaraq da qəbul oluna bilər. Prezident ənənəvi Novruz müraciətində bi sıra məsələlərlə bağlı konkret mesajlar da verdi. Prezident öz çıxışında bir daha qeyd etib ki, vaxtilə erməni faşist cəlladları Azərbaycanın tarixi şəhəri olan Xankəndini özününküləşdirmək üçün əllərindən gələni ediblər. Amma hansı abidəyə baxsaq, görərik ki, əsası Azərbaycan memarı tərəfindən qoyulub və bizim dövlət büdcəmiz hesabına tikilib. Həqiqətən də həmin binalar vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən himayə olunub və ərsəyə çatdırılıb. Təəssüf ki, düşmən ərazilərimizi işğal etməklə qalmamış hətta həyasızcasına özləri üçün yeni "parlament" binası da tikmişdilər.
Dövlət başçısı Azərbaycan xalqına müraciətində həmçinin işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, bunları unutmuruq və unutmayacağıq. Biz heç bir zaman şəhidlərimizi, günahsız Xocalı qurbanlarını unutmayacağıq. Onların qanını döyüş meydanında ala bildiyimiz üçün isə fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz.
Prezident müraciətində həm də tarixə qayıdaraq ayrı-ayrı dövlətlərin və beynəlxalq qurumların "münaqişənin hərbi həlli yoxdur" bəyanatlarını da xatırlatdı və bildirdi ki, "biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur". Prezidentin bu bəyanatı əslində dünyada mövcud olan və hələ də həll olunmamış münaqişələrə münasibəti və hələ də işğalçılıq siyasətini davam etdirən güclərə ünvanladığı mesaj idi.
2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edilməsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində separatçı yuvanın ləğv edilməsi bunun bariz sübutudur. Azərbaycan 2020-ci ildə öz tarixi torpaqlarını geri qaytardı və düşmənə xalqımızın nəyə qadir olduğunu göstərdi. Nəticədə yalnız Ermənistan yox, elə onun havadarları da məğlub oldu. Azərbaycanın qələbəsi düşməni kədərləndirdiyi kimi ölkəmizə dost-qardaş olan dövlətləri də sevindirdi. Bu gün Xankəndində yandırılan Novruz tonqalı separatçılığın köklərinə birdəfəlik son qoydu".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 364   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb

12:41 133
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

26.04.2024 214
.

Bu mövsümün ən dəbli cins şalvarları

Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb. "Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib", - deyə stilist bildirib. Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır

10:40 269
.

İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə gör

15:13 0
.

"Kristal Abşeron"un binasında dəhşətli görüntülər - VİDEO

Adı müxtəlif qalmaqallarda hallanan "Kristal Abşeron" şirkətinin tikdiyi binalardakı ciddi nöqsanlarla bağlı sosial şəbəkələrdə növbəti video şikayət yayılıb. xəbər verir ki, şirkətin Sumqayıt şəhəri 10-cu mikrorayonda inşa etdiyi binanın mənzillərindən birinin sahibi tam təmirli formada aldığ

11:18 525
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyi

13:26 155
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26.04.2024 287
.

"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək"

"Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib". "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Reuters" agentliyi yayıb. Mənbənin sözlərinə görə, hələ regionda qalan sülhməramlıları

12:49 156
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128