Sığortadan kənarda qalan onkologiya: "Çox böyük xərc lazımdır"

Sığortadan kənarda qalan onkologiya: "Çox böyük xərc lazımdır""Onkoloji xəstəliklərin müalicəsi üçün çox böyük xərc tələb edir".

Bunu "Qaynarinfo"ya açıqlamasında professor Adil Qeybulla deputat Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin sığorta ilə əhatə olunması ilə bağlı təklifini şərh edərkən deyib.

A.Qeybulla İcbari Tibbi Sığorta paketinə maliyyə yardımının ayrılmasının müsbət hal olduğunu vurğulayıb:

"Bu, İcbari Tibbi Sığorta xidmətinin keyfiyyətində özünü mütləq göstərəcək. Ən azı tibbi xidmətlərin genişlənməsi, istər ambulator, istər stasionar, istərsə də diaqnostika müalicə vasitələrinin genişlənməsi istiqamətində xeyli məsələlərə kömək edəcək. Amma bununla yanaşı, bəzi məsələlər var ki, dövlət proqramları çərçivəsində qalır. Bu, şəkərli diabet, vərəmli və onkoloji xəstələrdir ki, onların İcbari Tibbi Sığortaya keçirilməsini düşünmək lazımdır".

A.Qeybulla əlavə edib ki, özəl sektorun sığortaya cəlb olunması üçün ciddi bir çeşidləmə aparılmalıdır:

"Azərbaycanda özəl sektorun fəaliyyəti ciddi şəkildə təftiş edilməlidir. Təəssüflər olsun ki, bu boyda problemə göz yumulur. Özəl xəstəxanalarda ümumiyyətlə, işin təşkili tibbi qaydalardan xeyli kənara çıxır. Ona görə də bütün özəl xəstəxanalara icbari sığorta işi ilə məşğul olması məqsədi ilə lisenziyalar verilməlidir. Düşünürəm ki, bununla bağlı ciddi şəkildə çeşidləmə aparılmalıdır. Onsuz da gec-tez bu çeşidləmə aparılacaq. Çünki buna zərurət duyulacaq. Özəl xəstəxanalarda İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, o şəfa ocaqları tibbin qanunları ilə işləyir, sahibkarın düşüncəsi ilə deyil".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır:

"Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 239   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 161
.

Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növlər

28.04.2024 207
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 169
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 186
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 314
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 282
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 404