Gürcüstanda müsəlmanlara qarşı zorakılığı təşkil edən kimlərdir? - ŞƏRH

Gürcüstanda müsəlmanlara qarşı zorakılığı təşkil edən kimlərdir? - ŞƏRHMartın 8-i Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq edib, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə həmin ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.Gürcüstan Müsəlmanları İdarəsinin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, hadisənin müxtəlif səbəbləri ola bilər. Zorakılığın Gürcüstan hökuməti tərəfindən dəstəklınməsi istisna deyil. Lakin Rusiyanın idarə etdiyi pravoslav kilsəsinin və Cavaxetiyada olan ermənilərin müsəlman-xristiyan qarşıdurması yaratmaq cəhdləri də ola bilər:

"Gürcüstan heç vaxt tolerant ölkə olmayıb. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Gürcüstanda azərbaycanlılara qarşı tutulmuş mövqe qəbuledilməzliyin göstəricisidir. Gürcüstanda son hadisələr bunu təsdiqləyir. Bu, Azərbaycanda islamofobiyaya qarşı tədbirin keçirilməsi ilə eyni günə təsadüf edir. İstər qonşu, istər uzaq ölkələrdə ksenefobiya və islamofobiya halları daim olur. Bu, Avropa İttifaqına üzv olmaq istəyən, Avropa dəyərlərinə üstünlük verdiyini açıqlayan Gürcüstanda dini azlığa münasibətin göstəricisidir. Bir müddət öncə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana qarşı ərazi iddiası etmişdi. Hətta Keşikçidağ monastır kompleksinin gürcülərə aid olduğunu qeyd etmişdi. Oraya gürcülərin getməsinə cəhd göstərmiş və nəticədə iğtişaşa səbəb olmuşdu. Oxşar hadisə indi başqa bölgədə baş verir. Azərbaycanlılara qarşı bu addımın Gürcüstan hökuməti tərəfindən dəstəklənməsi də istisna olunmur. Digər tərəfdən hadisənin başında kilsə dayandığı iddia olunur. Məlum olduğu kimi bu, pravoslav kilsəsidir və pravaslav kilsəsi Gürcüstanda daha çox Rusiya tərəfindən idarə olunur. O da istisna edilmir ki, bu hadisəni pravoslav kilsəsi xətti ilə Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin pozulmasını istəyən qüvvələr törədib. Onu da nəzərə almaq lazımdır ki, Cavaxetiyada ermənilər üstünlük təşkil edir.Ermənilərin əli olduğu da istisna olunmur. Çünki ermənilər o ərazilərin türklərdən təmizlənməsini və Cavaxetiyanın Ermənistana birləşməsi istiqamətində də fəaliyyət göstərmək istəyirlər. Həmin ərazilərə yaxın bölgələr Ahıska türklərinə aid olub. Gürcüstanın Ahıska bölgəsindən qovulmuş türklərin qayıtması da gündəlikdədir. Bölgədə müsəlman-xristiyan qarşıdurması yaratmaqla ərazini sabit olmayan bölgə kimi təqdim etməklə prosesin qarşısını almaq istəyirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 373   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin. xəbər verir ki, bunlardan biri ötən müddətdə qeydə alınan infilyasiya səviyyəsi, digəri isə həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artı

11:06 221
.

Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək

Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar

15:00 0
.

Evakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü

Rusiyanın Rostov vilayətində 25 yaşlı evakuator operatoru Olqinskaya kəndində doqquz yaşlı qızı qaçıraraq öldürüb. yerli mediaya istinadla bildirir ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı tarlay

18.05.2024 413
.

Bu pivəni içən 10 nəfər öldü

Zambiyanın cənubundakı müxtəlif bölgələrdə yerli istehsal pivə içən azı 10 nəfər ölüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, yerli polis sözçünün müavini Denni Mvalenin sözlərinə görə, hadisələr ölənlərin pivə içməsindən sonra müxtəlif günlərdə baş verib. İçk

13:00 108
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 2054
.

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. "Report" xəbər verir ki, səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdək

11:20 121
.

Güney Azərbaycanda "Ana dilində danışaq" aksiyasına başlanılıb

Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib. Məlumata görə, aksiya Azərbaycan dilini fars ifadələrindən təmizləməyə və Ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir.( )

12:30 106
.

Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ

Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus

15:10 0
.

Çin 10 ildə Tacikistan iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyub

Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. "Report" xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib. "Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarında

12:50 84