"Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik"

"Fəhlənin işi müğənnidən yüngüldür, çox zülm çəkirik""Bəzi adamlar elə bilirlər ki, biz sənət adamları milyarderik. Elə şey yoxdur. Söhbət müğənnilik sənətindən gedir. Burada milyarder olan yoxdur. Başqa sahədən gəliri varsa, onu deyə bilmərəm. Biz ancaq çalıb-oxumaqla qazanırıq. 2 ay Məhərrəmi, 1 ay orucluq, mayda toy olmur, iyun, iyul, avqustda camaat gedir gəzməyə, yanvarla fevrala deyirlər ki, qar yağar toya gəlməzlər, biz qalırıq evdə. Biz toy olmayanda balıq sudan çıxanda ağzını yumub-açır, bax, elə oluruq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Gəl danış" proqramında deyib. O, müğənnilik sahəsindəki çətinliklərdən danışaraq gileylənib. C.Məmmədov fəhlələrin gördüyü işin müğənnilikdən asan olduğunu iddia edib:

"Bahalı maşını kreditlə hamı ala bilər. Amma müğənnisənsə, gedirsən banka kredit deyirsən, cavab verirlər ki, sizə verə bilmərik. Əslində biz fəhlədən çox zülm çəkirik. Daş karxanasında işləyən fəhlə vaxt tapıb çay içir. Dülgərin yanına gedirsən, deyirsən ki, bunu tez düzəldib mənə verməlisən. Söyləyir ki, gözlə. Soruşursan niyə? Deyir ki, görürsən ki, çay içirəm, çörək yeyirəm. Amma biz müğənnilər çay içə bilmirik. Biz toy başlayandan bitənə qədər çalıb-oynamalıyıq. Əgər imkan olsa, kimsə gəlib sağlıq desə, onda isti çayı boğazımız yana-yana içə bilərik. Biz xidmət edirik. Fəhlənin işi bizimkindən yüngüldür. Fəhlənin üstü tozlu, çirkli olur, toz-torpaqda və ya yağdəyişdirmə məntəqəsində işləyir. Amma biz səliqəli geyinib gedirik, evə gələndə köynəyi sıxırsan, suyu tökülür. Biz ölənə qədər işləyirik.

Bilmirəm ki, orucluqdan sonra mənim nə qədər toyum olacaq. Ağlamıram, olanı danışıram. Biz fəhlədən çətin yaşayırıq. Nə barədə, işləmək məqamında. Fəhlə bir stəkan çayını əyləşib içə bilir, biz toyda oxuyanda onu da edə bilmirik. Bizim işimiz fəhləninkindən də çətindir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 556   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371