Ombudsman Aparatının rəhbəri: İslamofobiya Fransanın dövlət siyasətidir

Ombudsman Aparatının rəhbəri: İslamofobiya Fransanın dövlət siyasətidirİslamofobiya Fransanın dövlət siyasətidir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunan "Genderləşdirilmiş İslamofobiyanın Matrisi: Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət" adlı paneldə çıxışında deyib.

Onun sözlərinə görə, bu gün islamofobiya müxtəlif aspektlərdə özünü göstərir və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnir: "İslamofobiyanın qadınlara təsiri daha ciddidir və belə halların aradan qaldırılması üçün təcili tədbirlər görülməlidir. Müsəlman qadınların seçim azadlığını müdafiə edərkən beynəlxalq təşkilatlar onların fundamental hüquqlarının qorunmasına kömək edəcək həll yolları tapmalıdır".

Aparat rəhbəri bildirib ki, müsəlman qadınların hüquqlarının inkarı Avropada, xüsusən də Fransada artan islamofobiya kontekstində baş verir: "Bir çox Avropa ölkələrində dini geyimi qadağan edən qanunlar var və bu, azadlıq hüququnun kobud şəkildə pozulmasıdır. Dini geyimlərə qoyulan məhdudiyyətlər çox vaxt bütün dinlərə mənsub insanlara şamil edilən neytrallıq çərçivəsində əsaslandırılır, lakin əslində bu, yalnız müsəlman qadınlara qarşı yönəlib və İslamın Qərb dəyərlərinə uyğun gəlməməsi ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir".

A.Səfixanlı vurğulayıb ki, ayrı-seçkilik halları müsəlman qadınların əsas hüquq və azadlıqlarını, o cümlədən təhsil hüququnu pozur: "İslamofobiya Fransa dövlətinin siyasətidir. Müsəlman qadınların fundamental hüquqları pozulur, həm din, həm də cinsiyyət zəminində ayrı-seçkilik edilir. Bəzi Avropa ölkələri istənilən formada dini dözümsüzlük və gender bərabərsizliyinə qarşı qətiyyətli mövqe tutmalıdır".
Aparat rəhbəri bildirib ki, cəmiyyətin diqqətini milli məsələlərdən yayındırmaq üçün Fransada müsəlmanlar tez-tez dünyəviliyə təhlükə olaraq siyasi mübahisələrin subyektinə çevrilirlər:

"Fransada hicabın qadağan edilməsi müsəlman qadınların təhsil və iş kimi əsas institutlara çıxışını qadağan edir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan bu cür qanunsuz əməllər Fransada dövlət səviyyəsində dəstəklənir və gücləndirilir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu faktlara biganə qalmamalı və belə halların qarşısını almalıdırlar".

O bildirib ki, müharibə cinayətlərindən ən çox müsəlman qadınlar əziyyət çəkir. Son onilliklərdə Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilmiş hərbi cinayətlər zamanı minlərlə azərbaycanlı müsəlman qadın öldürülüb və zorakılığa məruz qalıb: "Azərbaycan qadınları müsəlman və türk olduqları üçün öldürülüb, zorakılığa məruz qalıblar. Bütün bu cinayətlər islamofobiya və türkofobiyanın bariz təzahürləridir. İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb islamofobiyanın mövcudluğudur və belə halların qarşısının alınması üçün səylərimizi birləşdirməliyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 206   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 512
.

Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub

Qeyri-sabit hava şəraiti Qaxda təsərrüfatlara ciddi ziyan vurub. "Report" xəbər verir ki, dolu yağıb, yağış suları həyətlərə dolub. Məlumata görə, bu gün səhər saatlarında güclü yağış və dolu rayonun Tasmalı, Marsan, Turaclı və Əlibəyli kəndlərində evlərə və təsərrüfatlara ziyan vurub. Hazırd

15:37 0
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 259
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:42 114
.

Prezident Cəbrayılın bu kəndlərinin təməllərini qoydu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

13:26 156
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

16:34 0
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

14:26 159
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Dünyanın ən uzun telefon danışığı: 54 saatdan çox

Ən uzun telefon danışığı rekordu 2012-ci ildə qeydə alınıb. Telefon danışığı 43 saatı keçib. xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Latviyanın "SponsorKing" reklam agentliyi və tanınmış telekommunikasiya operatoru əvvəlki dünya rekordunu qırmaq məqsədi ilə müsabiqə təşkil ediblər

14:15 142