Ukraynalı həkimlər atəş altında həyatları xilas edirlər - VİDEO

Ukraynalı həkimlər atəş altında həyatları xilas edirlər - VİDEORusiya-Ukrayna müharibəsinin ilk aylarında əsir düşən "Azov" briqadasının sonradan azad olunan üzvləri arasında hərbi həkim də var. Sergey Qaruşin 2022-ci ilin mart, aprel və may aylarında Mariupol şəhərinin, "Azovstal" zavodunun müdafiəsi zamanı həkim kimi hərbçilərin yanında olub, sonda isə digər döyüşçülərlə birgə əsir düşüb. Bir ildən sonra əsirlərin mübadiləsi zamanı azad edilən S.Qaruşin yenidən "Azov" briqadasında xidmətə başlayıb.

Baku TV-yə açıqlama verən S.Qaruşin əsirlikdə olanda hətta rusiyalı hərbçiləri xilas etdiyini, dəfələrlə onlara tibbi yardımlar göstərdiyini bildirib:

"Bir hadisədən bəhs edim. Rusiyanın Çelyabinsk şəhərindən olan hərbçiyə rast gəlmişdik, o, yaralı idi. Onun sözlərinə görə, kiçik övladı xəstə idi və müalicəsi üçün çoxlu pul lazım idi. Qolu qəlpə ilə zədələnmişdi. Yəni qolunu tamamilə itirə bilərdi. Ancaq əməliyyat yolu ilə onun həyatını xilas etdik. Belə yardımlarımız dəfələrlə olub. Bəzən ironiyalı vəziyyətlərlə də üzləşirik. Elə olur ki, NATO-ya, ABŞ-yə düşmən olan Rusiyanın əsgəri əsir düşür və qolunda ABŞ istehsalı olan rezin bantla gətirirlər. ABŞ istehsalı olan həmin rezin bant onu xilas edir. Ən çətini isə hərbçilərin öz dostlarının cansız bədənini paketlərdə gətirmələridir. Onlar birgə çiyin-çiyinə döyüşdüyümüz, əvvəllər birlikdə xidmət etdiyimiz insanlardır. Bu, mənəvi cəhətdən çox ağırdır".
Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, müharibə müddətində 100-ə yaxın ukraynalı hərbi həkim itkin və ya əsir düşüb. 100-dən çox həkim isə həlak olub.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 187   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 348
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 140
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 60
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 3102
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 235
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 391