Gülşad Baxşıyeva: "Mən yanımda arvad kimi kişi görmək istəmirəm, bəziləri kişilikdən çıxıb"

Gülşad Baxşıyeva: "Mən yanımda arvad kimi kişi görmək istəmirəm, bəziləri kişilikdən çıxıb""Gender bərabərliyi gözəl şeydir. Çünki biz insanıq. Kişi də insandır, qadın da. Ona görə də hər kəsin öz hüququ var. Bəli, biz bir insan kimi bərabərik. Buna başqa bir bucaqdan baxan insanlar da var. Deyirlər ki, bizim də hüquqlarımız kişilərlə bərabərdir! Mən belə düşünürəm ki, kişinin kişi yeri var, qadının da qadın yeri. Eyniləşdirmək lazım deyil. Çünki biz tamamilə fərqli cinslərik. Əgər bərabər olsaydılar, elə bir cins yaranardı da. Bir-birindən fərqli cəhətləri elə birinci bundadır"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib.

"Biz başqa əsrdə tərbiyə almışıq. Uşağa ana baxar. Niyə? Çünki ana ona süd verir. Əfsuslar olsun ki, indiki dövrdə uşağa heç süd vermirlər. Ana ilə uşaq arasında ünsiyyət bağı qopur. Ona görə də indi uşaqlar ananı eşitmirlər, ataya daha çox meyillidirlər. Ana övladı ilə o bağı qırır. Uşaq atadan qorxar, ananın yanında böyüyər. Bir qadın nə qədər kişiləşmək istəsə də, heç vaxt kişi ola bilməz. Buna onun gücü çatmaz. Həmçinin də pul qazanmaq da şərt deyil! Pul qazanmaq o demək deyil ki, sən kişisən!

Kişinin ailədə, cəmiyyətdə rolu başqadır. Bəli, qadın da, kişi də vəzifə sahibi olub pul qazana bilər. Amma övladın tərbiyəsində fərqlidirlər. Ailədə ataya hörməti ana yaradır. Ana yaratmasa, övlad atasına hörmət etməz. Niyə bir çox ailələr bu gün dağılır?! Bu elə gender məsələsinə görədir! Qadın kişiyə deyir ki, mən səninlə bərabərəm! Onun qarşısına şərtlər qoyur! Amma övladı olan qadınlar düşünmürlər ki, onların ailədə öz missiyası var.

Mən normal ailələrdən danışıram. Bu gün normal olmayan ailələr daha çoxdur. Evliliyi evlilik xətrinə edirlər, evlilik xətrinə ərə gedirlər, istəkləri, məqsədləri yoxdur. Həyatın mənasını geyinməkdə, mağazaları gəzməkdə, gündə bir paltar dəyişməkdə, kişinin pullarını dağıtmaqda görürlər. Vallah kişilər də yazıqdırlar. Qadınlar gərək kişiləşməsinlər. Bu missiyanı kişilərin boynuna qoymaq lazımdır. Boyunlarına götürürlər, alınmır, bacarmırlar və boşanırlar.
Mən keçən əsrin adamıyam. Cəmiyyətdə ikiləşmə görürəm. İstəyir kişilərdə, istəyirsə də qadınlarda. Bəzi qadınlar xanım kimi sanballarını saxlayıblar. Yeni nəsil gəlib, onlar, ümumiyyətlə, qadın kimdir, hansı məzhəbə qulluq etməlidir kimi sualların cavabını bilmirlər. Çox cılızlaşıblar. Elə qızlarımız da, qadınlarımız da uşağa münasibətdə əvvəlki analar kimi deyillər. Uşağa gərək qayğı göstərəsən. Onlar istəyirlər ki, uşaq özü böyüsün, kimsə onun uşağına baxsın və o uşaq böyüsün. Belə olmur.

Keçmişdəki xanımlar daha qadın olublar. Ailələrinə baxıblar, kişilərinə hörmət ediblər. İndi bu hörmət yoxdur. Ancaq özlərinə baxırlar. Bu gün kifayət qədər xanımlar görürəm ki, baxımlı, saçları bir rəngdə, kirpikləri, qaşları amma yanındakı kişiyə baxırsan ki, elə bil bomjdur! Belə şey olar?! Onlara tərbiyəni düz verməyiblər. Qadın istəyər öz kişisini kişi edər, qadın da var ki, istəyər öz kişisini göylərə qaldırar. Şükürlər olsun Allaha ki, hələ də nümunəvi ailələrimiz var. Bu bilirsiniz harada daha çox hiss olunur?! Bakının kəndlərində! Hələ ər-arvad münasibəti, bir-birinə sayğısı olan ailələr var. Şəhərdəkilər azğınlaşıblar, rayonlarda, Bakı kəndlərində bu dəyərlər qalıb. Bəzi kişilərimiz də forma baxımdan kişilikdən çıxıblar. Mənə elə gəlir ki, bunların elə səbəbi qadınlardır. Mən şəxsən yanımda qadına oxşayan, arvad kimi kişi görmək istəmərəm. Mən yanımda kişi kimi kişi görmək istəyərəm", - deyə aktrisa bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 424   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230