"Sədərək" gömrük postunun əməkdaşlarına cinayət işi açılıb

"Sədərək" gömrük postunun əməkdaşlarına cinayət işi açılıbRüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək" gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 398   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 348
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 140
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 60
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 3102
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 235
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 391