Qərbin Ukraynadan sonra növbəti qurbanı Ermənistandır?

Qərbin Ukraynadan sonra növbəti qurbanı Ermənistandır?Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanı Ukraynanın taleyi gözləyə bilər.Qərb Ukraynadan sonra özünə yeni qurban axtarır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki,İqtidadiyyatının müəyyən sahələri,infrastukturu,dəmir yolları,enerji təhlükəsizliyi büsbütün Rusiyadan asılı olan Ermənistanda avarları israrla Qərb sularına doğru çəkənlər ölkəni təlatümlərə doğru sürükləmələrinin mahiyyətinə varmadan Qərbin vəd etdiyi limanlara yan alacaqlarına inanırlar:

"Rusiya Ermənistanla münasibətlərində çəkindirmə və yumşaq gücün tətbiqindən imtina edərək çox guman ki,münasibətlərin yeni mərhələsinə adlamaq üçün addımlarını atmağa hazırlaşır.Rəsmi Moskvanın Paşinyan iqtidarının Ermənistanda anti-Rusiya ovqatının gücləndirilməsinə yönəldilmiş siyasətinə baxmayaraq ,Kreml təmkin və səbrlə baş verənləri izləyir,açıqlamalarında Ermənistan rəsmilərinə tərəflər arasındaki münasibətlərə gərginlik gətirə biləcək addımlar atmaqdan çəkindirməyə çalışır.Kremlin təklif və tövsiyələrinə
baxmayaraq rəsmi İrəvan KTMT-ni ittiham etməkdə davam edir ,digər subregional təşkilat olan Avrasiya İqtisadi İttifaqi ilə əlaqələrinə yenidən baxacağını bildirir.Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan Azərbaycanla müharibədə məğlubiyyətə görə məsuliyyəti KTMT-nin üstünə yıxmağa çalışaraq Ermənistanın təşkilatla münasibətlərini bilərəkdən dalana dirəməyə çalışır.Eyni vaxtda Zvatnos hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı tələblər eşidilir.Nəhayət, parlamentdə rus qoşunlarının ümumiyyətlə Ermənistandan çıxarılması tələbləri ucalmağa başlayır ki,bütün bu proseslərin eyni mərkəzdən idarə olunması şübhə doğurmur.

Ermənistanın Avropa İttifaqına üzv qəbul oluna biləcəyi ilə bağlı verilən vədlər də digər tərəfdən qərbpərəstlərin daha uca səslə danışmasına rəvac verib.İqtidadiyyatının müəyyən
sahələri,infrastukturu,dəmir yolları,enerji təhlükəsizliyi büsbütün Rusiyadan asılı olan bir ölkədə avarları israrla Qərb sularına doğru çəkənlər ölkəni təlatümlərə doğru sürükləmələrinin
mahiyyətinə varmadan Qərbin vəd etdiyi limanlara yan alacaqlarına inanırlar.

Bu günlərdə Türkiyədə Antalya Diplomatik Forumu çərçivəsində baş tumuş müzakirələrdə Rusiyanın xarici işlər naziri S.Lavrov rəsmi İrəvanın son bir neçə ildə Moskva ilə münasibətlərin süni şəkildə gərginləşdirilməsi istiqamətində atdığı addımları pisləyərək Ermənistanı nadan adlandırmışdı.Bir dövlət kimi tarix boyu Rusiyaya minnətdar olmalı olacaq ölkə üçün bəlkə də başqa bir uğurlu ad tapmaq müşkül məsələdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 345   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən Tofiq tələbə imiş

Xəbər verdiyimiz kimi, mayın 15-dən 16-na keçən gecə Goradil qəsəbəsində ağır yol qəzası baş verib. 199-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-c

17.05.2024 644
.

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib. Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb. 9 dekab

11:12 252
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2201
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17.05.2024 337
.

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi münasibətdə olduğu Elnaz Sadıqova ilə mübahisə edərkən üzərindəki bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə dörd dəfə zərbə vurub. Ağır yaralanan qadın iki gündən sonra müalicə aldığ

17.05.2024 711
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

Prezident və xanımı "Ağalı" hotelinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb

14:42 114
.

Azərbaycanda məktəb binası boşaldılır: Fəaliyyəti dayandırılacaq?

Gəncədəki 2 nömrəli musiqi məktəbində tədris dayandırılıb. APA-nın yerli bürosunun məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Telman Hacıyev adına 2 nömrəli musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Uzun müddət davam edən məhkəm

17.05.2024 428