"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilər

"Nikosayağı" cəzasının böyük hissəsini evdə çəkə bilərXəbər verdiyimiz kimi, "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şükürlü Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hökmdə Nicata verilən cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib ki, bu da müzakirələrə səbəb olub. Belə ki, bir çoxları məntəqə tipli müəssisədə saxlanılma şəraiti və şərtlərinin fərqli olduğunu, məhkumun demək olar ki, azadlıqda olacağını düşünür. Bəzi insanlar isə məntəqə tipli müəssisədə cəza çəkən şəxslərin həbs şəraitində saxlanıldığını deyir.

Qanunvericiliyə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslər saxlanıla bilər.

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə köçürülə bilər. Bundan başqa az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə həmin müəssisəələrə köçürülə bilər.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) keçirməyə icazə verilir.

Lakin məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara bir ay müddətində müəssisədən kənara çıxmağın və ya üç ay ərzində istirahət və bayram günlərini cəzaçəkmə müəssisəsindən kənarda keçirməyin qadağan edilməsi kimi tənbeh tədbirləri, yaxud digər tənbeh tədbirləri tətbiq edilir.

Bu müəssisələrdə cəza çəkən şəxslər müəssisəni icazəsiz tərk edərsə, üzrsüz səbəbdən ayda iki dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmazsa, onlara qarşı əlavə cəza tədbirləri də görülür.

Həmçinin qanunvericilikdə qeyd edilib ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş şəxslərlə birgə cəza çəkirlər. Ümumi rejimli cəzaçəkmə müəssisələrindən keçirilmiş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanılırlar.

Bundan başqa məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumlar mühafizəsiz, lakin nəzarət altında saxlanılırlar. Onlar üzərlərində müəyyən edilmiş nümunəli şəxsiyyəti təsdiq edən sənəd daşıyırlar və yuxudan durmaq vaxtından yatmaq vaxtınadək müəssisədə sərbəst hərəkət edə bilərlər. həmçinin məhdudiyyət qoyulmadan qohumları ilə və başqa şəxslərlə yazışa və görüşə bilər, bağlama, sovqat və ya banderol ala bilərlər. burada məhkumlar gündə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışa bilərlər. eləcə də məişətdə istifadə edilən ümumi paltar geyinə, pul və qiymətli şeylər gəzdirə, puldan qeyri-məhdud istifadə edə bilərlər.

Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların kommunal, yemək, maddi-məişət, tibbi-sanitariya və digər təminatları dövlət hesabına həyata keçirilir.

Qeyd edək ki, bloger Nicat Şükürlü Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və bu gün çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Xatırladaq ki, prokuror blogerin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 6 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Hadisəyə gəlincə, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N.Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1522   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17.05.2024 271
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

17.05.2024 2147
.

Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub. -ın məlumatına görə, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki "parkovşik"

17.05.2024 357
.

Bakıda sakinlər kafelərdən narazıdırlar: "Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər" - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar. Bu barədə -a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib. Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlar

17.05.2024 386
.

İsrailin hücumlarında bir qadın da daxil olmaqla daha 4 jurnalist öldü

İsrail ordusunun Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində biri qadın olan daha 4 jurnalist ölüb. Bu barədə Qəzza hökuməti media ofisi məlumat yayıb. İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən Qəzza sektorunda öldürülən jurnalistlər haqqında məlumat verilib

17.05.2024 139
.

Azərbaycan Yeni Kaledoniya xalqının etirazına dəstək verir?

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki

17.05.2024 502
.

"Xəzər dənizinin su səviyyəsi həmişə dəyişməyə meyilli olub"-EKOLOQ

"Xəzər qapalı su hövzəsidir - okeanla heç bir əlaqəsi olmayan göldür. Xəzər dənizinin su səviyyəsi həmişə dəyişməyə meyilli olub. Onun səviyyəsi çayların, əsasən Volqa və Ural çaylarının axınından asılıdır". Bu sözləri BİG.AZ-a ekoloq Fikrət Cəfərov deyib. O bildirib ki, iqlim dəyişikliyi atmosfe

17.05.2024 224
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 265
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17.05.2024 321