"Fransa Qərbin "qanlı ssenarisi"ni reallaşdırmağa imza atıb"

"Fransa Qərbin "qanlı ssenarisi"ni reallaşdırmağa imza atıb""Müəyyən xarici media resurslarında "Ermənistana təhdid olan Azərbaycan" haqda təbliğat, anti-Azərbaycan isterikası genişləndirilir. Təbliğat maşını tam sürətilə hərəkətə keçib. Məqsəd isə ictimai rəyi planlaşdırdıqları təxribata (müharibəyə) hazırlamaqdır. Onlar öz çirkin məqsədinə don geyindirməyə çalışaraq Azərbaycanı Ermənistana qarşı müharibəyə hazırlaşmaqda ittiham edir".

Bu sözləri politoloq Zaur Məmmədov BiG.AZ-a olan açıqlamasında deyib.

O qeyd edib ki, bu dəfə Fransa Qərbin "qanlı ssenarisi"ni reallaşdırmağa imza atıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Emmanuel Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı "barışdırmağa" çalışır.

"Müharibəyə hazırlıq istiqamətində əsas addım Ermənistanın silahlandırılmasıdır. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Fransa və Hindistanda Fransa lisenziyası ilə istehsal olunan silahlar Ermənistana ötürülür, fransız hərbçiləri Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçir.Hədəf isə gün kimi aydındır - Ermənistanın qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirməsi."Azərbaycan hücuma hazırlaşır" təbliğatını aparan Qərb Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulmasını, hərbçimizin yaralanmasını, şərti sərhəddə atəşkəsin davamlı pozulmasını, Naxçıvan istiqamətində təxribatlara əl atılmasını görməzlikdən, eşitməzlikdən gəlir. Yenə lal, kar, kor olublar, çünki işlərinə yarayır.Yaxın vaxtlarda məlum olub ki, Fransa və Ermənistan dövlət təhlükəsizlik nazirləri arasında gizli anlaşma olub. Medianın verdiyi məlumata əsasən, bu anlaşmaya görə, Ermənistan Fransaya, Fransa isə Ermənistana informasiya mübadiləsi aparacaq. Fransa kosmik sahədə inkişafından istifadə edərək kosmosdan Azərbaycan hərbçilərinin, hərbi texnikamızın istiqamətləri, mövqeləri ilə bağlı Ermənistandakı həmkarlarını məlumatlandıra bilər. Təhlükəsizlik məsələsindən başqa, hərbi-texniki əməkdaşlığı da biz xüsusilə vurğulamalıyıq. Həm hücum xarakterli, həm müdafiə xarakterli silahların göndərilməsi, fransız generalın Ermənistanda peyda olması və Qərbin müxtəlif media orqanlarında "Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır" kimi məsələ ondan xəbər verir ki, Qərbin ayrı-ayrı mərkəzləri Ermənistanla birlikdə müəyyən təxribat məqsədi daşıyırlar. Ermənistan baş naziri revanş edərək müəyyən bir ərazidə erməni hərbçilərini irəlilətmək niyyətində ola bilər".
AYSEL ƏKBƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 359   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 348
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 140
.

Müştərisinin qayınanasının şəklini sosial şəbəkədə yayan "Ekstrasens Hikmət"ə həbs cəzası verildi

Özünü falçı kimi təqdim edərək vətəndaşın xeyli pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan Mətləb Nemətullayevə hökm oxunub. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Quba rayon Qamqam kənd sakini olan falçı Cinayət Məcəlləsinin 178.2.

17.05.2024 604
.

"AzərEnerji ASC-nin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının açılışlarını edib. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb

15:16 60
.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

17.05.2024 3102
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

11:45 235
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

17.05.2024 277
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 157
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 391