Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdı

Qarabağ Azərbaycanın daxilində göstərildi: Tarix dərsliyi erməniləri bir-birinə qatdıSon aylar Ermənistanın təlatümlü ictimai həyatına yeni bir qalmaqal da əlavə edilib. Baş nazir Nikol Paşinyanın göstərişi ilə orta məktəblərdə tədris edilən tarix dərsliyinin adının dəyişdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır. Nikol Paşinyanın fikrincə, bu günə qədər məktəblərdə "Erməni tarixi" adlı fənnin tədris edilməsi səhv addımdır və bu, erməni dövlətçiliyinin olmadığını büruzə verir. Bu səbəbdən də dərsliyin adı "Ermənistan tarixi" olaraq dəyişdirilib. Bu isə ciddi etirazlara səbəb olub. Xüsusən də müxalifət və kilsə bu addımı qəti şəkildə tənqid edir. Əslində 7 və 9-cu siniflərin dərsliklərində aparılan dəyişikliklər bir sıra mətləblərdən xəbər verir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik.

Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib

Bir müddət əvvəl baş nazir Ermənistan məktəblərində tədris edilən tarix kitablarından "Erməni kilsəsinin tarixi" mövzusunun çıxarılmasına nail olub. Bu da kilsə ilə hökumət arasında uçurumun ciddi şəkildə dərinləşdiyini göstərir. Hadisələrin fonunda hakimiyyətin diktəsi ilə tarix kitablarının bəzilərinin adı "Vətənim" olaraq dəyişdirilib. Yeddinci siniflərin dərsliyinə salınan xəritədə Qarabağ Azərbaycanın sərhədləri daxilində göstərilib. Bununla yanaşı, dərsliklərə "məxməri inqilab" mövzusu əlavə olunub, inqilabın simalarına xüsusi bölmələr ayrılıb. Atılan bu addımlar cəmiyyətdə, xüsusən də Eçmiədzində ciddi rezonans doğurub. Dərslik üzərində işləyən ekspertlərin etirafına görə, "Erməni tarixi" siyasi tarix deyil, əfsanələr toplusu olduğu üçün ondan imtina etməyin vaxtı çatıb. Bu kitabda çoxlu səhv var və məktəblilərə aşılanan bilgilərə əsasən, qədim və orta əsrlərdə ermənilər çox güclü və yaxşı olub, digər bütün millətlər isə pis və zəif.

Kilsənin cavab addımı

Erməni kilsəsi əslində hücumların ona qarşı yönəldiyini anladığı üçün hərəkətə keçib. İlk olaraq Eçmiədzinin Tədris Komitəsi təhsil naziri Janna Andreasyana məktub göndərərək, "Erməni tarixi" fənninin yeddinci sinif dərsliyinin hazırlanması prosesində və məzmununda bir sıra nöqsan və səhvlərin olması barədə xəbərdarlıq edib. Bundan əlavə, kilsə öz rıçaqlarını işə salaraq, müxtəlif şəxslər vasitəsilə hökumətin bu qərarını tənqid edərək ictimaiyyəti "aydınlatmaq" qərarına gəlib. Məsələn, tarix elmləri doktoru Hayk Demoyan da nazirə məktub yazıb, etirazını bildirib. Bundan əlavə, "Trésors d'Arménie" Erməni Assosiasiyasının təhsil departamentinin direktoru Anqela Arutyunyan dərsliyin müəllifi Smbat Hovhannisyanı tənqid edib. Tarix elmləri doktoru, qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun keçmiş direktoru Hayk Demoyan isə bildirib ki, dərs vəsaitinin hazırlanması üçün redaksiya heyəti yaradılmayıb, müxtəlif tarixi dövrlərlə bağlı mütəxəssislər cəlb olunmayıb.

Erməni dövlətçiliyindən imtina?
Kilsənin sifarişi ilə tənqidçilər sırasına son olaraq keçmiş ədliyyə naziri Qevorq Danielyan da qoşulub. O, daha da irəli gedərək, baş verən hadisəni erməni dövlətçiliyindən imtina kimi dəyərləndirib.

İrəvan Dövlət Universitetinin tarix fakültəsi də kilsənin başlatdığı kampaniyaya rəsmən qoşulub. Müəllim heyəti dərsliyin adının dəyişdirilməsindən narahat olduğunu bildirib və məsələdə siyasi motivlər olduğunu xatırladıb. Bundan əlavə, müxalifətin müxtəlif simaları, şərqşünas və politoloqlar da kilsənin səsinə səs verərək, tənqid axınına qoşulublar. Səsləndirilən tənqidi bəyanatlar erməni cəmiyyətində ciddi çaşqınlığa səbəb olub.

Paşinyanın cəza tədbirləri işə düşüb

Tənqidlərin ardı-arası kəsilmədiyi və yeni-yeni simaların axına qoşulduğundan Paşinyanın cəza maşını işə düşüb. Məlum olub ki, martın 27-də Milli Təhsil və İnnovasiyanın İnkişafı Mərkəzinin şöbələrindən biri bağlanacaq. Şöbə müdiri vəzifəsini icra edən tarix elmləri üzrə fəlsəfə doktoru Arman Maloyan və doqquz əməkdaşı işsiz qalacaq. Məsələ burasındadır ki, dərsliklə bağlı kəskin tənqid səsləndirənlərdən biri də məhz Arman Maloyan olub. Bir faktı da nəzərə almaq lazımdır ki, şöbə əməkdaşlarından biri zəmanətli dərsliklər siyahısından çıxarılan "Ermənistan tarixi" adlı digər dərsliyin həmmüəllifidir.

Təhsil nazirinin istefası tələb olunur

Bununla belə, etirazlar səngimir və "Təhrif olunmuş dərsliyi alaq otlarından təmizləyin" adlı Təşəbbüs Qrupu Təhsil Nazirliyinin qarşısında Janna Andreasyanın istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu təşəbbüsə Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan, deputat Larisa Alaverdyan, "Zartnok" qəzetinin redaktoru Sevak Akopyan kimi simalar da qoşulub. Təşkilatçılar elan ediblər ki, nazir istefa verənə qədər davamlı etiraz aksiyaları keçiriləcək.

Yuxarıda sadalananlardan məlum olur ki, Paşinyan - kilsə qarşıdurması yeni mərhələyə qədəm qoyur. Tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham etməklə yanaşı, əllərində olan rıçaqlardan tam istifadə etməkdən çəkinmirlər. N.Paşinyan cəza maşınını işə salır, kilsə isə nüfuzundan istifadə edərək, müxtəlif şəxsləri, qurumları dövlətə qarşı qaldırır. Hazırda erməni dövlətində din-dövlət qarşıdurması kifayət qədər dərinləşib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 350   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 148
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 226
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

22:50 73
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 10566
.

Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Pasxa bayramı münasibətilə paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm

12:44 211
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

23:30 0
.

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər. "Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti bazar ekspertlərinə istinadən yazıb. Sənaye assosiasiyaları və analitiklə

18:30 139
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 213
.

Latviyada təyyarə magistral yola qəza enişi edib

Latviyanın Tallin şossesində mühərriki nasaz olan təyyarə məcburi eniş edib. "Report" xəbər verir ki, bu barədə "La.lv" portalı məlumat yayıb. Belə ki, göyərtəsində iki nəfərin olduğu kiçik mülki aviasiya təyyarəsi Tallin şossesində Adazi yaxınlığında məcburi eniş edib. Latviya Təyyar

18:40 142