Təhsil eksperti: "Bir çoxları müəllim peşəsinə repetitorluğa görə gəlirlər"

Təhsil eksperti: "Bir çoxları müəllim peşəsinə repetitorluğa görə gəlirlər""Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza çox yansıyıb. Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar".

Bu barədə bizim.media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov müəllimin öz dərs dediyi şagirdlə əlavə olaraq ödəniş müqabilində məşğul olmasını qeyri-etik hal kimi qiymətləndirib:

"Amma müqayisə aparaq, bir müəllim dərs dediyi uşaqlara bunun qeyri-etik olduğunu deyib, onlara başqa müəllimin yanına getmələrini tövsiyə edir. O, digər müəllimin dərs dediyi uşaqların bunun yanına gəlməli olduğunu bildirir. Bu gün cəmiyyət, təbii ki, buna hazır deyil. İnsanlar deyəcək ki, əgər müəllimin dərs dediyi uşaq öz yanına getmirsə, mənim uşağım niyə onun yanına hazırlığa getsin? Cəmiyyət artıq özü bu kimi məsələləri tənzimləyir".

Ekspert hesab edir ki, bu məsələ yaxın gələcək üçün həlledilməz olaraq qalacaq:
"Bu məsələ bir neçə ilə aradan qaldırıla bilməyəcək, mümkün deyil. Aradan qaldırmaq üçün beyinləri dəyişmək lazımdır. Bunu da edə bilmirik. Hətta bir neçə on illiyə də bunu dəyişə bilməyəcəyik. Reallıq ondan ibarətdir ki, bu gün repetitorluq bizim həyatımıza kifayət qədər yansıyıb. Müəllimlər istənilən halda repetitorluqla məşğul olurlar. Bir çoxları da müəllim peşəsinə repetitorluğa görə gəlirlər.

Cəmiyyət elə bir baxışdadır ki, öz dərs dediyi uşaqla əlavə məşğul olmayan, repetitorluq etməyən müəllimə ciddi müəllim kimi baxmır. Fikirləşirlər ki, yaxşı müəllim olsa, öz dərs dediyi uşaqlar onun yanına gedər. Məsələ bu yerdədir. Fikir doğru olsa da bunu indiki halda aradan qaldırmaq qeyri-mümkündür. Bunun üçün cəmiyyətin baxışı dəyişməlidir".

Qeyd edək ki, Fevral ayının 29-da mətbuat nümayəndələri üçün brifinq keçirən Elm və Təhsil naziri Emin Əmrullayev repetitorluq məsələsinə də toxunub. O bildirib ki, müəllim öz sinfində olan, özünün dərs dediyi şagirdlə pulla əlavə məşğul olmamalıdır.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 207   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

06.05.2024 9460
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

06.05.2024 352
.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 222
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 183
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 140
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 119
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

06.05.2024 674
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 116
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 489