Uşaqların gec danışmasına səbəb xarici dillərdə cizgi filmləri izləmələridir? – Mühüm AÇIQLAMA
Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayırlar.
Mütəxəssislər bildirirlər ki, müasir dövrdə uşaqların gec dil açmasına əsas səbəblərdən biri müxtəlif xarici dillərdə cizgi filmlərinə baxmalarıdır.
Doğrudanmı səbəb budur?
Loqoped Esmira Qafarova Bizim.Media-ya bildirib ki, uşaqların gec dil açmasının əsas səbəbi, onlarla ünsiyyətin zəif olmasıdır:
"Uşaq valideynləri ilə ünsiyyət qura bilməyib, telefon və planşetlərdən aktiv istifadə etdikdə, nitq gecikmələri baş verir. Təbii ki, nitq gecikmələrində orqanik səbəblər də olur. Ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, yaşadığı travmatik olaylar, doğuş və ondan sonrakı problemlər uşağın gec dil açmasına səbəb ola bilər".
Loqoped bildirib ki, uşaqda ana dili formalaşmamış ona ikinci, üçüncü xarici dili yükləməyə çalışırlar və bu da linqivistik vəziyyət yaradır:
"Linqivistik vəziyyətin yaratdığı əsas problemlər kəkələmə və nitq gecikmələridir. Uşağın nitqi 3 yaşına qədər açılmalıdır və həmin vaxta qədər azyaşlı sırf ana dilində danışdırılmalıdır. Uşaqlardakı nitq problemlərinin statistik göstəriciləri çox bərbaddır. Yəni son illərdə Azərbaycandakı uşaqlarda nitq gecikməsi çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi pedaqoji baxımsızlıqdır.
Uşaqla körpə dilində danışanda və ya heç ünsiyyət qurmayanda, o, dil açmaqda çətinlik yaşayır. Travmalı uşaqlar ən çox dayə ilə böyüyənlərdir. Dayə başqa işləri gördüyü və anası kimi uşaqla məşğul ola bilmədiyi üçün azyaşlı nitq problemi yaşaya bilir".
Esmira Qafarova hesab edir ki, ümumiyyətlə, ana uşaqla 3 yaşına qədər məşğul olmalı, onunla ünsiyyət qurmalıdır:
"İş yerlərində anaya ona görə 2-3 illik dekret müddəti verilir. 3 yaşa qədərki müddət uşağın şəxsiyyət kimi formalaşdığı və bitdiyi dövrdür. Yəni 3 yaşına qədər uşağa sevgi, diqqət kifayət qədər olmalıdır ki, onda duyğusal pozuntu olmasın" – deyə, loqoped bildirib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 319 Tarix: 28 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşNazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133