"Biz bütün torpaqlarımızda tarixi ədalət bərpa edilənə qədər öz cəhdlərimizi davam etdirəcəyik"-DEPUTAT

"Biz bütün torpaqlarımızda tarixi ədalət bərpa edilənə qədər öz cəhdlərimizi davam etdirəcəyik"-DEPUTAT"Zəngəzur dəhlizinin açılması məsələsi gündəlikdə olan mövzudur. Birmənalı olaraq deməliyik ki, 1992-ci ilin 28 mayında təməli atılan Azərbaycan xalqının lideri Heydər Əliyevin iştirakı və birbaşa təşəbbüsü ilə təməli atılan ümid körpüsü öz qarşısında Zəngəzur dəhlizinə aparan yaşıl işıqı yandırdı".

Bu sözləri BiG.AZ-a deputat Jalə Əliyeva deyib.

O bildirib ki, 1992-ci ildən bu günə qədər ümid körpüsündən Zəngəzur dəhlizinə qədər əhəmiyyətli yol keçmişik.

"Bu yol Azərbaycanı hər bir zaman uğurlara aparıb, biz 2020-ci ildə böyük zəfərimizə imza atdıq. Bütün bu müddət ərzində Azərbaycan tarixi ədalətini geri qaytarmaq üçün yenə də diplomatik danışıqları davam etdirdi. Cənab Prezidentin bildirdiyi kimi, biz bütün torpaqlarımızda tarixi ədalət bərpa edilənə qədər öz cəhdlərimizi davam etdirəcəyik. Bu gün qarşımızda duran önəmli məsələ Zəngəzur dəhlizidir, sülh müqaviləsinin imzalanmasıdır. Bu dəhliz mütləq açılmalıdır. Bu dəhlizin açılması tək Azərbaycan deyil, elə Ermənistanın özü daxil olmaqla bütün bölgənin sabitliyi, inkişafı deməkdir. Müharibədən sonra böyük məğlubiyyətlərə uğrayan, sosial, siyasi və iqtisadi cəhətdən geridə qalan Ermənistanın özü üçün də yeni nəfəs deməkdir. Əlbəttə ki, dəhlizin açılmasına qarşı olan qüvvələr var. Onların da bu bölgədə öz maraqları,iddiaları var. Azərbaycan Prezidentinin güclü iradəsi, həyata keçirdiyi və davam etdirəcəyi siyasət nəticəsində biz əminik ki, Zəngəzur dəhlizi də Azərbaycanın tarixi ədalətinin bərpa edildiyi məkana çevriləcək".
AYSEL ƏKBƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 403   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 52 yaşlı kişinin meyiti aşkarlanıb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb. 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti evdə yaxınları tərəfindən aşkar edilib. Faktla bağlı araşdırma aparılır

19.05.2024 226
.

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BİG.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12:53 161
.

Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır. "Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb. Onlar seçkidən seçkiyə ya Demokratik

19.05.2024 223
.

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib

Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) "X"dəki hesabında bildirib. Bu gün İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramas

19.05.2024 405
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

19.05.2024 283
.

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir. Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun ali dini lider kimi Xameneini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbə

15:49 0
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

14:06 185
.

Volkan Demirel 14 illik xanımından boşanır

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ail

11:28 377
.

Dunay çayında gəmilər toqquşub, ölənlər

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Ölkə polisinin məlumatına görə, faciəvi hadis

19.05.2024 235