"Paşinyanın Fransaya bu dəfəki səfəri təsadüfi deyildi" - Deputat

"Paşinyanın Fransaya bu dəfəki səfəri təsadüfi deyildi" - Deputat"Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, ərazisində separatçıların kökünü kəsməsinin şokundan ayıla bilməyən Fransa ölkəmizə qarşı təxribatlarını, əsassız ittihamlarını davam etdirir. 30 il torpaqlarımızı işğalda saxlayan, Ermənistana dəstək göstərən, ATƏT-in həmsədri kimi Ermənistanın işğalçılığını legitimləşdirmək istəyən Fransa Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı reallığı gəbul edə bilmir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, Ermənistanın Baş Naziri Paşinyanın Fransaya bu dəfəki səfəri təsadüfi deyildi:
"Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın siyasi uğurundan, dünya ölkələrinin, hökumət və dövlət başçılarının Prezident cənab İlham Əliyevə böyük hörmət və ehtiram göstərmələrindən narahat olan Makron Paşinyanı Fransaya dəvət etdi. Makron-Paşinyan cütlüyünün Azərbaycana qarşı bəyanatları bu dövlətlərin ölkəmizə qarşı təxribatıdır. Qarabağı könüllü şəkildə, öz arzuları ilə tərk edən ermənilərin hüquq və azadlıqlarından danışan, güya onların zorla qovulması və geri qayıtmalarına şans yaradılması barədə Makron əsassız, riyakar bəyanat səsləndirdi. Əslində Qarabağdakı ermənilərə ən böyük şansı məhz Prezident cənab İlham Əliyev vermişdir. Ölkə başçımız dəfələrlə vurğulamışdır ki, Qarabağdakı erməniəsilli vətəndaşlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub, Azərbaycan qanunlarını və Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşaya bilərlər.
Ermənilər Qarabağdakı separatçıların və Qərbdəki havadarlarının təzyiqi ilə oradan çıxıblar. Əgər Makronu insan haqları bu gədər düşündürürsə, niyə Ermənistan ərazisindən, öz gədim yurd yerlərindən qovulan 100-minlərlə azərbaycanlıların doğma evlərinə dönmələri haqqında, azərbaycanlıların Qarabağdan qoyulmasından, işğaldan azad edilən ərazilərdə tapılan kütləvi şəkildə basdırılan azərbaycanlıların hüquqlarından, erməni vəhşiliyindən danışmır? Bu Makronun ikiüzlüyünün, riyakarlığının nümunəsidir.
Əslində Makronun hərəkətləri ermənilərə olan sevgisindən irəli gəlmir. Fransa Ermənistanı alətə çevirməklə regionda güc mərkəzinə çevrilən Azərbaycan-Türkiyə birliyinə təsir etmək, regionda öz nüfuzunu artırmaq istəyir.
Fransa dövləti ayaq basdığı ərazilərə ancaq müharibə, savaş gətirir.
Azərbaycan dünyada artıq nüfuzunu itirmiş Fransanı dəfələrlə siyasi arenada məğlubiyyətə uğradıb. Makron sonda məğlub olacağını anlayıb Cənubi Qafqazdan geri çəkiləcək və Ermənistanı meydanda tək qoyacaq. Bu dövlət hər zaman öz maraqları naminə dost və müttəfiq saydığı dövlətləri qurban verib. Ermənistan rəhbərliyi başa düşməlidir ki, dövlət kimi yaşamaları və inkişafları regiondakı güclü Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 335   Tarix: 27 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

19.05.2024 159
.

Dünyanın ən yaşlı monarxı xəstələnib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü

19.05.2024 276
.

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis

19.05.2024 1101
.

Pakistanda matəm günü elan edildi

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar Pakistanda matəm günü elan olunub. "Qafqazinfo" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb. Bildirilir ki, İbrahim Rəisi və onunla birlikdə həla

11:53 316
.

Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır. "Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb. Onlar seçkidən seçkiyə ya Demokratik

19.05.2024 219
.

Almaniyada güclü yağışlar daşqınlara səbəb olub

Almaniyanın Saarland ştatında davam edən güclü yağışlar sel və daşqınlara səbəb olub. BİG.az xəbər verir ki, daşqınlar səbəbindən bölgədə bir çox bina boşaldılıb. Ölkədə olan bir çox proqramlar və tədbirlər ləğv edilib. Almaniya Meteorologiya Ofisinin açıqlamasında bildirilib ki, təxminən 24 saat ərzind

10:39 110
.

Qəzzada ölənlərin sayı 35456 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölən insanların sayı son 24 saat ərzində 70 nəfər artaraq 35456 nəfərə çatıb, yaralıların sayı isə 79 nəfərdir. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunu

11:28 0
.

Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir

Avropa İttifaqı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanı daşıyan helikopterin sərt eniş etməsi barədə xəbərləri diqqətlə izləyir. "Report"xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosia

19.05.2024 487
.

Oğuzda qumbara və sursat aşkarlandı

Oğuzda qumbara və sursat aşkarlanıb. xəbər verir ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Bucaq kəndində kolluq ərazidən 2 ədəd əl qumbarası, 4 ədəd avtomat silahına məxsus daraq və 400 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır

19.05.2024 190