Azərbaycanda qızılca peyvəndi ilə bağlı son vəziyyət

Azərbaycanda qızılca peyvəndi ilə bağlı son vəziyyətTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub.

BiG.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınır:

"Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur. Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatları ilə peyvəndlənmə prosesi TƏBİB-in tabeliyindəki ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır. Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10.161 nəfər təşkil edib.

Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12.882 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub.

Qeyd edək ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşlarında olmaqla 2 doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır.

6 yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum 4 həftə olmalıdır. Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 267   Tarix: 27 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dunay çayında gəmilər toqquşub, ölənlər

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Ölkə polisinin məlumatına görə, faciəvi hadis

19.05.2024 237
.

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib. Məlumata görə, axtarış əməliyyatı başa çatıb. Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb

10:13 525
.

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək. Tass-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb. Məlumata görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzind

10:00 297
.

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Həmçinin

11:13 279
.

Volkan Demirel 14 illik xanımından boşanır

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ail

11:28 401
.

İranda milli matəm elan olundu

İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub. Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib

11:07 493
.

İstanbulda bir tondan çox metamfetamin müsadirə edildi

İstanbul Polis İdarəsi tərəfindən narkotik istehsalçıları və tacirlərinə qarşı təşkil edilən "Narkoçelik-17" əməliyyatında 1 ton 23 kq metamfetamin ələ keçirilib. Məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Keçirilən əməliyyat tədbirləri zamanı biri xarici ölkə vətəndaş

19.05.2024 210
.

Almaniyada güclü yağışlar daşqınlara səbəb olub

Almaniyanın Saarland ştatında davam edən güclü yağışlar sel və daşqınlara səbəb olub. BİG.az xəbər verir ki, daşqınlar səbəbindən bölgədə bir çox bina boşaldılıb. Ölkədə olan bir çox proqramlar və tədbirlər ləğv edilib. Almaniya Meteorologiya Ofisinin açıqlamasında bildirilib ki, təxminən 24 saat ərzind

10:39 147
.

Rəisi mayın 21-də Təbrizdə dəfn ediləcək

İranın helikopter qəzasında həlak olmuş prezidenti Rəisi və digər rəsmi şəxslərlə vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. xəbər verir ki, bu məlumatı Mehr agentliyi yayıb. Rəisinin Təbriz şəhərində dəfn ediləcəyi bildirilir

12:52 532