Bu gün ilk çərşənbədir

Bu gün ilk çərşənbədirBu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

BiG.AZ xəbər verir ki, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında "əvvəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə" kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 27 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb

Mayın 21-dən 24-dək Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada bütün dövlət və özəl orta məktəb və kolleclərdə dərslərə fasilə veriləcək. "Report" "France Info"ya istinadən xəbər verir ki, bu barədə yerli hökumət açıqlama yayıb. Qeyd olunub ki, sözügedən tədbir ölkəyə şami

19.05.2024 267
.

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne

19.05.2024 208
.

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran tərəfinə başsağlığı verib. "Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əl

10:33 155
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları helikopterin tapılma anı

İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğradığı yerin görüntüləri yayılıb. Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib. İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopter

09:45 718
.

Volkan Demirel 14 illik xanımından boşanır

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ail

11:28 206
.

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X"dək

19.05.2024 1024
.

Tramp müharibəni qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ən yüksək hökumət postuna yenidən seçiləcəyi təqdirdə bütün müharibə qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağına söz verib. "Report" xəbər verir ki, bu barədə Tramp Texas ştatının Dallas şəhərində çıxışı zamanı deyib. Tramp əlavə edib ki, o, ABŞ-ı

19.05.2024 250
.

Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub. Belə ki, o, dostunu xilas edərkən həyatını itirib. Muradın əmisi Qismət Allahverdiyev bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:. "O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birini

19.05.2024 1007
.

Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır. "Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb. Onlar seçkidən seçkiyə ya Demokratik

19.05.2024 212