ABŞ Kino Aktyorları Gildiyası ilin ən yaxşılarını mükafatlandırdı

ABŞ Kino Aktyorları Gildiyası ilin ən yaxşılarını mükafatlandırdıKristofer Nolanın "Oppenheymer" (2023) bioqrafik dramı ABŞ Kino Aktyorları Gildiyasının bir neçə mükafatını qazanıb.

Filmdə baş rolu ifa edən irlandiyalı aktyor Killian Merfi "Ən yaxşı aktyor", amerikalı aktyor Robert Dauni isə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında qalib olub.

Filmin özü ən yaxşı aktyor heyətinə görə gecənin əsas mükafatına layiq görülüb.

Əsas qadın roluna görə mükafat Martin Skorsezenin "Çiçəkli Ayın Qatilləri" (Killers of the Flower Moon, 2023) filmində oynayan aktrisa Lili Qladstouna verilib. "Dram serialında ən yaxşı aktyor heyəti" kateqoriyasında mükafatı HBO telekalının "Varislər"i (Succession, 2018-2023) alıb.
Qeyd edək ki, ABŞ Kino Aktyorları Gildiyası 1933-cü ildə yaradılıb. Qurum kino və televiziya sənətçilərinin, bu sənayenin digər işçilərinin maraqlarını təmsil edən birlikdir. Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan bəri Gildiya aktyorluq sahəsində hər il mükafatlandırma mərasimi keçirir.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 292   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Dişini yumayan, ayağı ayaqqabı görməyənlər məni tənqid edir"

"Tənqid üçün ürəyim gedir. Tənqid insanı inkişafa aparır. Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək qədər tənqdi bacarmalıdırlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib

17.05.2024 993
.

"Onları əlil arabasında gətirib, cibinə milyonlar qoyurlar"

Aparıcı Zaur Baxşəliyev türkiyəli ifaçıların Bakıya gətirilib konsertinin təşkil olunmasını tənqid edib. Axşam.az xəbər verir ki, bu haqda o, "Zaurla Günaydın proqramında danışıb. Türkiyəli ifaçı Sərdar Ortaçın Bakıya əlil arabasında gətirilməsini xatırlayan Zaur bunları deyib:. "Camaatı əli

18.05.2024 899
.

Çingizin xanımı ilə toy FOTOLARI

Xəbər verdiyimiz kimi, müğənni Çingiz Mustafayevin Türkiyədə toyu olub. Axşam.az xəbər verir ki, ifaçı Yana adlı ukraynalı xanımla nikah masasına oturub. Kuşadasında gerçəkləşən məclisdə Çingizin dostları da yer alıblar. Toydan fotoları fotoqraf Zeynal Məmmədli yayımlayıb

20.05.2024 1797
.

7 ildən sonra ayrıldılar

Türkiyəli aktyor Ümid Erdim 7 ildir evli olduğu həyat yoldaşı Səda Çınardan rəsmi şəkildə ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, 2017-ci ildə ailə quran cütlük qarşılıqlı razılıq əsasında boşanıblar. Qeyd edək ki, onların Ses və Ela adl

18.05.2024 499
.

Həyatı film olacaq

Türkiyəli müğənni Kənan Doğulunun həyatı film olacaq. Axşam.az xəbər verir ki, ifaçının 30 illik səhnə həyatı ekranlaşdırılacaq. Bu barədə açıqlama verən Kənan layihənin yayda təqdim olunacağını açıqlayıb. Qeyd edək ki, müğənni aktrisa Beren Saatla evlidir

17.05.2024 527
.

"Tutsi" filminin məşhur aktyoru vəfat edib

Məşhur ABŞ-li aktyor Dabni Koulman 92 yaşında vəfat edib. Bu barədə onun qızı məlumat yayıb. Aktyor Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində dünyasını dəyişib. Koulman "Doqquzdan beşə" (1980), "Tutsi" (1982), "Müharibə oyunları" (1983), "Sizə məktub var"

18.05.2024 301
.

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

"Toya gedən rəqqasə sənətkar deyil. O, pula görə özünü alçaldır". Bu sözləri "Azad Azərbaycan" Televiziyasının (ATV) efirində yayımlanan verilişlərin birində Xalq artisti Roza Cəlilova deyib. "Məni sənətim yaşadır. İstəmirdim ki, insanlar məni səhnədən sonra həyatda görsünlər

20.05.2024 117
.

Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərar

16.05.2024 1555
.

Melisa Aslı Pamuk evlənib

Türkiyəli aktrisa Melisa Aslı Pamuk futbolçu sevgilisi Yusuf Yazıcı ilə evlənib. xəbər verir ki,bu barədə türk mətbuatı bildirib. Aktrisa hər kəsdən xəbərsiz evlənib. Onun evlənməsi sosial şəbəkədə soyadını "Yazıcı" etməsindən məlum olub

17.05.2024 588