Azərbaycanda bu rayonlar birləşdirilə bilər - AÇIQLAMA

Azərbaycanda bu rayonlar birləşdirilə bilər - AÇIQLAMAAzərbaycan ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, qarşıda yeni bir dövr başlayır. Verilən mesajlardan aydındır ki, yeni dövrdə xüsusən ölkənin idarəetmə məsələsində bir sıra dəyişikliklərin edilməsi mümkündür. Gündəmdə olan mövzulardan biri də ölkənin inzibati-ərazi bölgüsüdür. Azərbaycanda rayonların birləşdirilməsi mümkündür?

Məsələ ilə bağlı politoloq Turan Rzayev Sonxeber.az-a açıqlamasında bildirib ki, rayonların birləşdirilməsi mövzusu ictimaiyyətdən uzaq kütlə predmetidir. Azərbaycandakı rayonlarının sayının çoxluğu, hər rayondakı icra hakimiyyətləri və onların institutlarının ümumrespublika ilə müqayisədə çoxluğu davamlı şəkildə müzakirə olunur:

"Hətta təkliflərdən biri də 14 iqtisadi rayon ətrafında birləşməyə gedilməsidir. Tam bir federallaşma olmasa da, hibrid bir inzibati sistemin yaradılması məsələsi mövcuddur. Şəxsi görüşüm bu yöndədir ki, ümumiyyətlə Azərbaycan miqyasında rayonlarımızın sayı kifayət qədər çoxdur. Bu da ayrı-ayrılıqda rayonların idarə edilməsini çətinləşdirir. Hazırda Bakı əsas iqtisadi mərkəz sayılır. Yəni Bakı, Sumqayıt və ətraf əraziləri götürürük. Ümumiyyətlə Bakıya nəzər salaq. Bakı özü-özlüyündə bir şəhərdir. Hətta meqapolis olmağa hazırda iddialıdır. Ölkə əhalisinin böyük bir qismi paytaxt Bakı və ətraf ərazilərdə yaşayır. Bakının inkişaf səviyyəsi digər 13 iqtisadi rayon ilə müqayisədə çox öndədir. Bakı özü də ayrı-ayrılıqda iqtisadi rayonlardan ibarətdir. Bu baxımdan deyə bilərik ki, bu rayonlarda bənzər formada birləşə bilər. Gəncə ətrafındakı rayonlar Xanlar, Göygöl, Hacıkənd kimi bölgələrin Gəncə şəhəri ətrafında birləşməsi Gəncə şəhərinin rayonları halına gəlməsidir".

Politoloq qeyd edib ki, 80-90-cı illərdə Türkiyədə bənzər tendensiya mövcud idi. İstanbul, Ankara və İzmir kimi ərazilərə daha çox axınlar var idi:

"Bu gün baxdıqda Diyarbəkir, Adana və Konya kimi ərazilərdə inkişaf edir. Artıq insanlar bu ərazilərdə belə işləyə bilir. Azərbaycanda bənzər formada addımlar atsa, məsələn: Quba Lənkəran, Bərdə, Gəncə və Qazax kimi ərazilərin ətrafında bir mərkəzləşmə aparıla bilər. Bu həm Bakının yükünü azaldar, həm də siyasi idarəetmənin şəffaflaşmasına, optimallaşmasına gətirib çıxara bilər. Ümumiləşdirsək rayonların ləğvinə ehtiyac yoxdur. Amma inzibati idarəetmədə dəyişikliklərin edilməsinə ehtiyac var. Yəni ayrı-ayrı rayonları icra hakimiyyətləri vasitəsilə deyil, bələdiyyələr və onların tabe olduğu mərkəzi bir şəhər bələdiyyəsi ilə əvəzləmək olar. Bu zamanda bu addımlar iqtisadi-siyasi inkişafa gətirib çıxara bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13262   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xudafərin" və "Qız Qalası" nə qədər əkin sahəsinin suvarılmasını təmin edə bilər?

Xəbər verdiyimiz kimi, Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılı

13:38 124
.

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran tərəfinə başsağlığı verib. "Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əl

10:33 198
.

Biləsuvarda ot bağlamasının qiyməti 2 dəfə ucuzlaşıb

Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb. "Report"un Muğan bürosunun məlumatına görə, biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib. Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiymət

19.05.2024 411
.

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, 2006-cı ildə doğulmu

17:58 261
.

"Onu 40 il gözləmişəm"

"Oğlumla atasının arasında elə sevgi var ki, onları ayırmaq günahdır. Hər bir valideynin də, övladın da haqqı var o hissləri yaşasın. Mən də ata tərəfdən o hissi doyunca yaşamamışam. Həmin hisslərin sonradan verdiyi travmanı, zərbəni yaşamışam. Ona görə də Zeydin ata ilə münasibətinə başqa cür yanaşıram

17:53 400
.

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI

İran prezidenti İbrahim Rəisinin olduğu helikopterlə bağlı qəza texniki nasazlıq səbəbindən baş verib. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Agentlik helikopterlə bağlı problemlərin mahiyyətini dəqiqləşdirməyib

20:23 0
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

14:06 284
.

Cənubi Afrikada binanın uçması nəticəsində 33 nəfər öldü

Cənubi Afrikanın Corc şəhərində May ayının 6-sı çoxmərtəbəli bina çöküb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 33 nəfər ölüb. Cənubi Afrika Respublikasının Corc Munisipalitesinin bəyanatında bildirilib ki, bu günə kimi dağıntılar altında olan 62 işçinin hamısı çıxarılıb. Ərazidə axtarış-xilasetm

12:31 168
.

Qarabağ Universitetinə rektor təyin olundu

Prezident İlham Əliyev Şahin Bayramovla bağlı Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncamla Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyi

16:59 249