Aparıcı meyxanaçıya verdiyi suallara görə tənqid olundu

Aparıcı meyxanaçıya verdiyi suallara görə tənqid olunduMeyxanaçı Rüfət Nasosnu "Rəngarəng səhər" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini bildirib:

"Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir. Deyərəm pis çıxar. O qədər adama yardım edirəm ki, elə övladlıq kimidir. Ola bilər ki, sən ona ürəyini verəsən, hərtərəfli yaxşı olasan, amma nəticədə o qane olmasın. Əlbəttə, qorxuram. Elə nüanslar var ki... 15-20 ildən sonra deyər ki, bioloji atamı axtarıram. Bundan qorxuram".

Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan "Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın?" deyə, soruşub.

Rüfət sualı cavablandırmağa çalışıb:

"Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb".

Zaur onun sözlərini "Kimsəsiz məzarlıqlar var" fikrini səsləndirərək kəsib.

Meyxanaçı isə nitqinə belə davam edib:

"Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir.

46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm. Bacarmadığımı da edirəm, təki anam rahat yaşasın, üzü gülsün. Verilişlərdə fasilələrdə də ona zəng edirəm ki, görüm necədir. Məktəb oxumayıb. O vaxt qardaşları qoymayıb, qısqanclıq ediblər. Lənkəranda olublar, 7-8 qardaşı var idi. İndi onun bu telefonlardan başı çıxmır. Köhnə telefon almışam, "Yes" düyməsinə də öz nömrəmi qoymuşam".

Aparıcı daha sonra Rüfətdən "Qorxursan ananı itirməkdən" deyə soruşub.

Meyxanaçı sualı "Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər" deyə, cavablayıb.

Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik qiymətləndiriblər.

Qeyd edək ki, daha əvvəl "7 tamam" proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3191   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Buna görə səhhətimdə ciddi problem var idi"

"Bu yaxınlarda Amerikadan bir həkim mənim analizlərimin cavabına baxdı və mənə məsləhət verdi. Bütün izləyicilərimizə də deyirəm ki, pəhrizi yığışdırın, səhhətinizə fikir verin. Yağlı yeməklərə, çörəyə diqqət edin ki, çox olmasın". Axşam.az xəbər verir ki, bu sözələri aparıcı Xoşqədəm Hidayətqız

19.05.2024 500
.

Sədaqət Ulduzun əkiz övladı olub

Müğənni Sədaqət Ulduzun əkiz övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, bu barədə ifaçının anası, aşıq Ulduz Sönməz "7 Tamam" verilişində telefon bağlantısı zamanı deyib. O, əkizlərin oğlan olduğunu bildirib. Müğənni bir ay əvvəl dünyaya gələn körpələrinə Rəhim və Rəsul adını verib. Qey

17.05.2024 1500
.

"O, sevgilidən də üstündür"

"Qürur hər zaman mənimlədir. Onu sevgi, dostluq olan yerdə, riyakarlıq, xəyanət olmayan yerdə məğlubam, çökürəm. O şeylər yoxdursa, qürur öz işini görür". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova "Qonaqcanlı" verilişində deyib. Dostluqdan danışan müğənni bunlar

19.05.2024 249
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotolarını instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Fotolara çoxsaylı tərif, bəyəni yağdırıblar. Qeyd edə

19.05.2024 2970
.

Günel türk mediasına yeni biznesini açıqlayıb

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib. Axşam.az xəbər verir ki, ifaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığını, qaş və kirpiklərə qulluq serumu etdiyini deyən Zeynalova hazırda bununla bağlı daha peşəkar addımlar atdığını bildirib. Bir ildi

19.05.2024 465
.

Cenifer Lopez və Ben Aflek boşanır

Cenifer Lopez və Ben Aflek cütlüyünün boşanacağı iddia olunur. xəbər verir ki, bu barədə Hallivud mediası bildirib. Ben Aflekin evi tərk etdiyi deyilir

17.05.2024 684
.

Bir neçə gün əvvəl vəfat edən övladından yazdı - Fotolar

Xəbər verdiyimiz kimi, ARB telekanalında çalışan aparıcı Aynur Bağırova bir neçə gün əvvəl övladını itirib. Axşam.az-ın məlumatına görə, A.Bağırova sosial şəbəkə hesabında övladından yazıb. "Heç ağlıma gəlməzdi ki, səninlə sonuncu şəklim çəkilir. Qardaşın getmişdi, səninlə təskinlik tapdım, toparlandım

17.05.2024 1051
.

Uzun müddət sonra birgə FOTO

Aktyor cütlük Ülviyyə Xəlilbəyli və Murad İsmayıl uzun müddət sonra birgə foto paylaşıb. BİG.AZ olay-a istinadən bildirir ki, evliliklərindəki problemləri aradan qaldıran sənətçilər şəkillərini instaqram izləyiciləri ilə bölüşüb. Ülviyyə posta şərh yazmasa da, Murad "Çoxdandır şəkil paylaşmırdıq

18.05.2024 769
.

Toya hazırlaşan Talıb ABŞ-də - Fotolar

Müğənni Talıb Tale ABŞ-yə gedib. Axşam.az xəbər verir ki, toya hazırlaşan ifaçı fotolarını izləyiciləri ilə bölüşüb. Ohayo və Nyu-Yorkda olan Talıb paylaşımına "Axır ki, Amerikaya da gəldik çıxdıq" qısa şərhini yazıb. Qeyd edək ki, Talıb Bahar adlı xanımla ailə qurur. Onun toyu mayın 25-d

15:15 535