Toy biznesi niyə çöküb?

Toy biznesi niyə çöküb?Əvvəllər hər gün toy edənlərin sədasını eşidirdik. Hər binanın qarşısında toy korteji düzülür, "Vağzalı" çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi.

Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.

Qadağalar çoxdan ləğv olunsa da, son zamanlar ölkədə toyların sayı azalıb. İndi əvvəlki kimi nə kortej var, nə də toy...

Sahibkarlar böhrandan çıxış yolu tapmaq üçün toylarla bağlı qadağadan sonra şadlıq saraylarında qiymətləri artırdılar.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) isə məlumat verilib ki, apardıqları monitorinqə əsasən, 2024-cü ilin yanvar ayında şadlıq saraylarında qiymətlər 5,6 faiz artıb.

Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox (6,2 faiz) artıb. Qiyməti 40-80 manat olan menyuların qiyməti 5,8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4,9 faiz artım qeydə alınıb.

Ümumilikdə istehlak bazarında ən yüksək qiymət artımları yenə də qida məhsullarında qeydə alınıb.

Bu, ərzaq tələbinin yüksəlməsi və idxal inflyasiyasının hələ də aktiv olması ilə əlaqələndirilir.

Ərzaq məhsulları üzrə illik inflyasiya 2,5 faiz olub.

Bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Bildirildi ki, sifarişləri əvvəlki kimi deyil.

Nəzərə alsaq ki, martın 11-də Ramazan ayı başlayır və toy edənlərin sayı tamamilə azalacaq. Demək ki, sahibkarların böhranla üzləşməsi daha da kəskinləşəcək.

Niyə toy biznesi böhranla üzləşib?
İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qlobal böhran, inflyasiyanın son illərlə müqayisədə daha yüksək səviyyədə olması və koronavirus (COVID-19) pandemiyasının təsirləri restoran, xüsusilə toy biznesinə mənfi təsir edib:

"Pandemiya toy biznesinə elə bir zərbə vurdu ki, göstəricilər 2019-cu ilə qayıda bilmir. İnsanlar da toyun formatında fərqlilik edirlər. Fikrimcə, yaxın 10-15 ildə Azərbaycanın öyrəşdiyi toy formatı dəyişəcək".

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin çökməsinin müxtəlif səbəbləri var:

"Belə ki, ən əsas səbəb son dövrlərdə nikahların sayının azalmasıdır. 2023-cü ildə 54 min nikah qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 15 faiz azalma deməkdir. Nəticədə bu xidmətlərə tələb aşağı düşür.

Digər məsələ inflyasiyadır ki, iaşə xidməti qiymətlərini artırır. Çünki inflyasiyanın ən çox hiss olunduğu seqment ərzaq məhsullarıdır. Bu da iaşə xidmətlərində maya dəyərinin formalaşmasında əsas rol oynayır. İnsanların da bu xidmətlərdən istifadə imkanları azalır".

Ekspert bildirib ki, rəqabət və dəbdəbənin artırılması, böyük investisiyalar edilməsi və qaytarılması məqsədilə daha böyük mənfəət normalarının tətbiqi qiymətlərin yüksək olmasına gətirib çıxarır:

"Bu da əhalinin gəlirlərinə münasibətdə adekvat deyil. Belə olduğu təqdirdə daha qənaətcil seçim edirlər. Məsələn, 2015-ci ildə devalvasiyadan sonra vətəndaşlar mühərrik həcmi daha az olan maşınlar seçdilər.

Koronavirus (COVID-19) pandemiyasından sonra nikah ənənələrində fasilə yaranması və insanların savadlılıq səviyyəsi artdıqca, bu kimi məqsədlərə çox pul xərcləməyin düzgün olmadığını anlayırlar və bu xidmətlərdən imtina edirlər".

R.Həsənov əlavə edib ki, azərbaycanlı investorlar daha effektiv sahələrə yatırım etməlidir:

"Ölkəmizdə bu sahəyə yatırım dünyanın heç yerində görünməyən qədər böyükdür. Əlavə dəyər yaradan sahələrə investisiya edilməsi daha uyğun olardı. Məsələn, növbəti dövrlərdə mənzil şəraitinin yaxşılaşdırılması kimi məqsədlərə investisiya qoymaq daha yaxşı olardı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 761   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571