Rusiyanın 6530 tankı, 1000-dən çox raket zərbə sistemi, 340 döyüş təyyarəsi vurulub - STATİSTİKA

Rusiyanın 6530 tankı, 1000-dən çox raket zərbə sistemi, 340 döyüş təyyarəsi vurulub - STATİSTİKA2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalyov bildirib.

Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib: "İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı. O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar. İndi isə bunu heç yada da salmırlar. Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı".

O deyib ki, 2022-ci ilin fevral-mart aylarında Ukrayna atıcı silahlarla, "Kalaşnikov" avtomatları və tank əleyhinə NLAV-lərlə müharibə aparırdı: "Bunu mən şəxsən Kiyevin müdafiəsinin iştirakçısı kimi deyə bilərəm. Bu gün isə artıq ən son silahlara, xüsusən "Patriot" hava hücumundan müdafiə sistemlərinə malikik və yaxın gələcəkdə "F16" təyyarələrinin və bir çox digər müasir silah növlərinin çatdırılmasını gözləyirik. Müharibədən əvvəl Ukraynanın 44 min kvadrat kilometr ərazisi Rusiya tərəfindən zəbt olunmuşdu. İndi ərazimizin daha 64 min 600 kvadrat kilometri işğal edilib. Ukrayna müdafiə qüvvələrinin əks-hücum əməliyyatları zamanı 40 min kvadrat kilometr ərazimiz azad olunub".
A.Kovalyovun sözlərinə görə, Rusiyaya məxsus ən son model 6530 tank vurulub. Bundan başqa, qarşı tərəfin 12500-dən çox zirehli döyüş maşını, 1000-dən çox raket zərbə sistemi və 680 zenit-raket müdafiə sistemi, ən əsası 340 döyüş təyyarəsi sıradan çıxarılıb.

"Bu rəqəmlər durmadan artır, çünki Ukrayna Silahlı Qüvvələri hər gün Rusiyanın texnikasını vurur və şəxsi heyətini zərərsizləşdirir", - sözçü bildirib.

Onun iddiasına görə, Rusiyanın gündəlik canlı qüvvə itkisi minə yaxındır: "Krım yarımadasını işğaldan azad edilməsi əməliyyatını uğurla həyata keçiririk. Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları fəal şəkildə məhv edilir. İndiyədək qarşı tərəfin 25 gəmisini vurmuşuq".(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 233   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı

İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib. Məlumata görə, axtarış əməliyyatı başa çatıb. Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb

10:13 543
.

Volkan Demirel 14 illik xanımından boşanır

"Hatayspor" klubunun baş məşqçisi Volkan Demirellə həyat yoldaşı Zeynəb Demirel boşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, Zeynəb artıq boşanmaq üçün məhkəməyə müraciət edib. Tərəflər iddia ilə bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, Volkan və Zeynəb 2010-cu ildə ail

11:28 443
.

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir. Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun ali dini lider kimi Xameneini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbə

15:49 392
.

Cəlilabadda mikroavtobus azyaşlı məktəblini vurub

Cəlilabadda mikroavtobus azyaşlını vurub. APA-nın verdiyi xəbərə görə hadisə rayonunun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib. Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobusun sürücüsü kənd məktəbinin qarşısında 2016-cı il təvəllüdlü S.R.-i vurub. Qəza nəticəsind

16:44 111
.

İranda milli matəm elan olundu

İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub. Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib

11:07 516
.

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

"Hər il təxminən 10 minə yaxın tələbə ali təhsil müəssisələrindən məzun ola bilmir". Bunu "Xəzər Xəbər"ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, xüsusən də I və II ixtisas qrupu üzrə məzun ola bilməyən qızların sayı oğlanlara nisbətən daha çoxdur. Eksper

19.05.2024 317
.

"Xudafərin" və "Qız Qalası" nə qədər əkin sahəsinin suvarılmasını təmin edə bilər?

Xəbər verdiyimiz kimi, Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılı

13:38 96
.

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda "Toyota Prius" markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirl

14:14 416
.

Helikopter qəzasında həlak olan Rəisinin və digər rəsmilərin vida mərasiminin yeri BİLİNDİ

Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək. Bununla bağlı "Mehr" agentliyi məlumat yayıb. Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq

10:54 505