Ukrayna ordusu müharibə ilə bağlı yeni statistikalar açıqlayıb

Ukrayna ordusu müharibə ilə bağlı yeni statistikalar açıqlayıb2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalyov bildirib.

Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib: "İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı. O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar. İndi isə bunu heç yada da salmırlar. Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı".

O deyib ki, 2022-ci ilin fevral-mart aylarında Ukrayna atıcı silahlarla, "Kalaşnikov" avtomatları və tank əleyhinə NLAV-lərlə müharibə aparırdı: "Bunu mən şəxsən Kiyevin müdafiəsinin iştirakçısı kimi deyə bilərəm. Bu gün isə artıq ən son silahlara, xüsusən "Patriot" hava hücumundan müdafiə sistemlərinə malikik və yaxın gələcəkdə "F16" təyyarələrinin və bir çox digər müasir silah növlərinin çatdırılmasını gözləyirik. Müharibədən əvvəl Ukraynanın 44 min kvadrat kilometr ərazi Rusiya tərəfindən zəbt olunmuşdu. İndi ərazimizin daha 64 min 600 kvadrat kilometri işğal edilib. Ukrayna müdafiə qüvvələrinin əks-hücum əməliyyatları zamanı 40 min kvadrat kilometr ərazimiz azad olunub".

A.Kovalyovun sözlərinə görə, Rusiyaya məxsus ən son model 6530 tank vurulub. Bundan başqa, qarşı tərəfin 12500-dən çox zirehli döyüş maşını, 1000-dən çox raket zərbə sistemi və 680 zenit-raket müdafiə sistemi, ən əsası 340 döyüş təyyarəsi sıradan çıxarılıb.

"Bu rəqəmlər durmadan artır, çünki Ukrayna Silahlı Qüvvələri hər gün Rusiyanın texnikasını vurur və şəxsi heyətini zərərsizləşdirir", - sözçü bildirib.

Onun iddiasına görə, Rusiyanın gündəlik canlı qüvvə itkisi minə yaxındır: "Krım yarımadasının azad edilməsi əməliyyatını uğurla həyata keçiririk. Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları fəal şəkildə məhv edilir. İndiyədək qarşı tərəfin 25 gəmisini vurmuşuq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 240   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Mayın 19-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki

16:17 496
.

Paytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı

Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib. BİG.AZ DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla "VAZ-21011" markalı maşına mindirilərək aparılması müəyyən olunub. Nizami RPİ 23-cü Poli

11:17 692
.

Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Hindistanda ildırım vurması nəticəsində ölənlərin sayı hər il təxminən min nəfərə çatır

15:17 159
.

İsrailin hücumlarında bir qadın da daxil olmaqla daha 4 jurnalist öldü

İsrail ordusunun Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində biri qadın olan daha 4 jurnalist ölüb. Bu barədə Qəzza hökuməti media ofisi məlumat yayıb. İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən Qəzza sektorunda öldürülən jurnalistlər haqqında məlumat verilib

12:46 87
.

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

"Kurtlar vadisi pusu" serialında rol alan məşhur türkiyəli aktyor Orhan Aydın Azərbaycana gəlib. Axşam.az xəbər verir ki, "Günaylı gün" verilişində qonaq olan aktyor ölkəmizi çox bəyəndiyini və Azərbaycan vətəndaşı olmaq istədiyini bildirib:. "Mən hazırda Rumıniyada yaşayıram

16.05.2024 494
.

Armen Qriqoryan və Boqdan Kliç regional və regiondankənar hadisələri müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Polşa Respublikası Senatının Xarici Əlaqələr Komitəsinin sədri Boqdan Kliçi qəbul edib. xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının məlumatına görə, həmsöhbətlər regional və qeyri-regional hadisələri müzakirə ediblər. Tərəflər Ermənistan-Polş

16.05.2024 251
.

Sabiq deputat Mahir Aslanova aid olan "Kəpəz" MTK vətəndaşları belə ALDATDI- İDDİA/FOTOLAR

"Sabiq deputata Mahir Aslanovun aid olan "Kəpəz" MTK vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satıb". Bu sözləri -a müraciət edən vətəndaş Heydərov Hüseynağa deyib. Vətəndaş bildirib ki, aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:. "Kəpəz" MTK-a aid olan Xırdala

15:44 207
.

İsrailin Qəzzaya hücumlarında can itkisi 35272-yə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 39 nəfər artaraq 35272-yə çatıb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 223 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarl

16.05.2024 266
.

"Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlamətidir"

"İkinci Qarabağ Müharibəsində qazandığımız qələbənin mədəniyyət sahəsindəki təzahürü olan Xarı Bülbül festivalının Şuşada keçirilməsi xalqımıza böyük sevgi, coşqu, qürur və illərlə həsrətində olduğumuz anları yaşatdı". Bu sözləri BİG.AZ-a deputat Sədaqət Vəliyeva deyib. O bildirib, ki xalqımızı

14:02 89