Psixi xəstəliklər hansı halda qatili cinayət məsuliyyətindən azad edir? - AÇIQLAMA

Psixi xəstəliklər hansı halda qatili cinayət məsuliyyətindən azad edir? - AÇIQLAMAAiləsinin 5 üzvünü amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

Psixi xəstəliklər cinayətkarın cinayət məsuliyyətindən azad edirmi? Ümumiyyətlə psixi xəstəlik necə sübuta yetirilir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki,Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni 1) xroniki psixi xəstəlik, 2) psixi fəaliyyətin müvəqqəti pozulması, 3) əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir:

"Qanunun mənasından göründüyü kimi, anlaqsızlı iki meyarla xarakterizə olunur: Tibbi və hüquqi meyar. Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Məsələn, xroniki psixi xəstəliklər anlaqsızlıq üçün əsas təşkil edir. Şizofreniya, epilepsiya, proqressiv iflic, beyin siflisi və s. bunun kimi müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir.

Psixi fəaliyyətin müvəqqəti pozulmasına pataloji affekti və manikal depressiv psixozu misal çəkə bilərik.

Kəmağıllılıq (oliqofreniya) isə anadangəlmə və ya uşaqlıq dövründə yaranan əqli zəiflik vəziyyətidir ki, onun da 3 dərəcəsi var: 1)idiotizm 2)inbesillik 3)debillik və s... psixi xəstəliyə isə abstinensiya, qarabasma vəziyyətini nümunə gətirə bilərik.

Anlaqsızlıq vəziyyəti istintaq və məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən müəyyən edilir.
Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar. Beləliklə şəxsin anlaqsız hesab edilməsi üçün hər iki meyar- tibbi və hüquqi meyar eyni anda mövcud olmalıdır. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər".

Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:
Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, bu Məcəllənin 93.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edə bilər.

Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən, anlaqsız şəxsə aşağıdakı tibbi xarakterli məcburi tədbirlər təyin edə bilər:

1) Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi;

2) Ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə;

3) İxtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə;

4) İxtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə" .

Şəbnəm Lətifi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 23 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda pedofillərə cəza müddəti nə qədərdir?

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən pedofillər dörd ildən səkkiz ilədək müddət

17.05.2024 625
.

Fransız polisi sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb

Fransanın şimalındakı Rouen şəhərində polis sinaqoqu yandırmağa cəhd etdiyi iddia edilən şəxsi öldürüb. xəbər verir ki, saat 06.45-də Ruandakı sinaqoqdan tüstünün gəldiyi barədə polisə məlumat verilib. Şəxs hadisə yerinə gələn polis əməkdaşına hücum edib. Polisin vurduğu şəxs dünyasını dəyişib. Daxil

17.05.2024 153
.

Pakistanda qızlar məktəbinə bomba hücumu olub

Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum təşkil edilib. xəbər verir ki, polis məmuru Səfdər Xan açıqlamasında gecə yarısı qızlar məktəbində naməlum şəxslərin həyata keçirdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib. Bu ay ikinci dəf

17.05.2024 139
.

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada birgə nahar ediblər. Bu barədə məlumat yayıb

17.05.2024 206
.

Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Bununla bağlı AZƏRTAC məlumat yayıb

17.05.2024 252
.

Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr

Fransa və İran arasında baş verən son hadisələr geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək əhəmiyyətli strateji addımlarla manşetlərə çevrilir. NATO 2027-ci ilə qədər İrana yaxınlaşdıqca, bunun region və xüsusən də Ermənistan üçün təsirləri dərin olacaqdır. NATO-nun davamlı strateji planlamasın

17.05.2024 169
.

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər ölüb. xəbər ki, İsrail döyüş təyyarələri gecə boyu Qəzzanın şimal, cənub və mərkəzi hissələrinə hava zərbələri endirib. Gecə saatlarında 9 nəfərin cəsədi Han Yunusdakı Avropa Xəstəxanasına gətirilib. Cibaliya Qaçqınlar Düşərgəsinə edilə

17.05.2024 129
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 298
.

Vəhşicəsinə qətlə yetirilən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ

Martın 2-də itkin düşən və mayın 14-də Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın nənəsi də vəfat edib. xəbər verir ki, Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Məlumat üçün bildirək ki, Könülün son zəngi məhz nənəsinə olub. O, bu ilin martın 1-d

17.05.2024 403