"Fransa Azərbaycan və Türkiyənin bölgəsəl güc olması faktoru ilə barışmalıdır" - Politoloq

"Fransa Azərbaycan və Türkiyənin bölgəsəl güc olması faktoru ilə barışmalıdır" - PolitoloqAzərbaycan Xarici İşlər Nazirliyi bəyanat verərək 21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural İsmayılov bildirib ki,Fransa Cənubi Qafqazda sülh və sabitliyin olmamasında maraqlı olduğunu bir daha göstərdi. Fransa dünyaya neokolonializm bəlası gətirən, dünyanı acınacaqlı situasiya ilə üz-üzə qoyan bir ölkədir və belə bir ölkənin heç bir halda haqqı yoxdur ki, bölgə ilə bağlı hər hansı fikirlər yeritsin.Fransa Azərbaycan və Türkiyənin bölgəsəl güc olması faktoru ilə barışmalıdır:
"Əlbəttə ki, Ermənistan və Fransanın əlbir olaraq Azərbaycan əleyhinə müxtəlif böhtanlar səsləndirməsi artıq bizim alışdığımız bir hal olub.Təəssüf ki, Fransa bölgədəki real vəziyyəti dəyərləndirə bilmir və özünün əlaltısı olan Ermənistan vasitəsilə bölgədə süni gərginlik ocaqları yaratmağa çalışır. Bunlar çox təhlükəli tendensiyalardır. Vəziyyətin gərginləşməsinə səbəb olur və nəticədə Fransa Cənubi Qafqazda sülh və sabitliyin olmamasında maraqlı olduğunu bir daha göstərdi. Azərbaycan Xarici İşlər Nazirliyinin Makrona qarşı qoyduğu mövqe dövlətimizin mövqeyini ifadə edir. Fransa dünyaya neokolonializm bəlası gətirən, dünyanı acınacaqlı situasiya ilə üz-üzə qoyan bir ölkədir və belə bir ölkənin heç bir halda haqqı yoxdur ki, bölgə ilə bağlı hər hansı fikirlər yeritsin və yaxud bölgədə baş verəcək hadisələri başqa cür dəyərləndirsin. Hesab edirəm ki, bu məsələdə Azərbaycan və Türkiyənin bölgəsəl güc olması faktoru ilə Fransa barışmalıdır. Fransanın bu barışmanı həyata keçirməyəcəyi təqdirdə vəziyyətin daha gərginləşəcəyi və bunun Ermənistana zərbə vuracağı ortadadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 376   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əli Mirəliyevin efirdə bu hərəkəti aparıcı Mətanəti ƏSƏBİLƏŞDİRDİ - VİDEO

Aparıcı Mətanət Əliverdiyeva efirdə kobud danışıq tərzinə görə müğənni Əli Mirəliyevə iradını bildirib. bizim.media-ya istinadən bildirir ki, hadisə "Xəzər axşamı" verilişində yaşanıb. Mətanət Ə.Mirəliyevi studiyaya dəvət edəndən sonra onu sorğu-suala tutub. Müğənni isə aparıcıya "Az"

15.05.2024 637
.

Sumqayıtda məktəb direktoru vəzifəsindən azad edildi

Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub. Digər əmrlə, direktor vəzifəsinin icrası isə direktor müavini Vüsalə Bafayevaya həval

15.05.2024 675
.

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliy

15.05.2024 759
.

"Bakı Zooparkı" internet üçün hər ay 1 230 manat xərcləyəcək

Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") "Bakı Telefon Rabitəsi" MMC ilə satınalama müqaviləsi imzalayıb. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilənin şərtlərinə görə "Bakı Zooparkı" "Bakı Telefon Rabitəsi"ndən 8 ay ərzində internet xidmətlər

15.05.2024 264
.

Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərini

15.05.2024 184
.

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır

15.05.2024 1131
.

İsrail 13 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə hücum ediblər. Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqı

15.05.2024 170
.

Yanğına görə bu yollar bağlandı - Yenilənib

Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən metronun "28 May"​ stansiyası istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. "Qafqazinfo" xəbər verir ki, bu barədə NİİM məlumat yayıb. Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun v

00:36 243
.

"Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin artımı əhalinin sosial rifahının artımının göstəricisidir" - Ekspert

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb.Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb

15.05.2024 221