"Bank of Baku"nun yeni sədri kimdir?

"Bank of Baku"nun yeni sədri kimdir?Ölkənin qabaqcıl banklarından olan "Bank of Baku"nun İdarə Heyətinin sədri dəyişib.

Belə ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.

Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini "Bank of Baku"dakı fəaliyyəti əhatə edir.

Həsən Quliyev "Bank of Baku"dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə "Bank of Baku"nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib.

Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – "Maastricht School of Management"də EMBA təhsili alıb.

Qeyd edək ki, "Bank of Baku" 30 ildir ki, fəaliyyət göstərir və 1 milyondan çox müştəriyə müxtəlif bank xidmətləri təqdim edir./BAKU.WS


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 546   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

TARİXİ GÜN: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilir - FOTO/VİDEO

Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. Tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir. Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənista

12:14 215
.

Sumqayıtda məktəb direktoru vəzifəsindən azad edildi

Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, məktəbin direktoru Nəsibə Cabbarova vəzifəsindən azad olunub. Digər əmrlə, direktor vəzifəsinin icrası isə direktor müavini Vüsalə Bafayevaya həval

12:55 243
.

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 14 may 2024-cü il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla səkkiz Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib. BİG.AZ xəbər verir ki, bu barəd

14:09 150
.

"Aparıcıların IQ-sü yoxdur"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: . "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günah

12:27 219
.

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliy

16:27 143
.

SDU-nun tələbəsi vəfat etdi

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb. Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğl

14.05.2024 512
.

Ermənistan hərbi təlimlər keçirib

Mayın 14-də Ermənistan Silahlı Qüvvələri strateji komanda-qərargah təliminə başlayıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyi bildirir ki, təlimlərin məqsədi Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi və döyüş istifadəsi üzrə planların praktiki icrasın

14.05.2024 290
.

Polşada kömür mədəninin uçması nəticəsində 3 işçi ölüb

Polşada kömür mədənində faciə olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 işçi ölüb. Hadisə Polşanın Krakov şəhərinin qərbində yerləşən Myslowice-Wesola kömür mədəninin uçması zamanı olub. Məsələ ilə bağlı "Polşa Mining Group" şirkətinin nümayəndəsi Aleksandra Siembiqa açıqlama verib

13:07 68
.

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki "Af Hotel"in 6-cı mərtəbəsindən atan şəx

14.05.2024 1019