"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb - SƏRƏNCAM

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb - SƏRƏNCAM"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Faktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında" Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Ordubad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın incisi adlandırdığı Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Rayonun ərazisindəki Xarabagilan şəhər yeri Orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.
Ətraflı

Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır".

Sərəncama əsasən, Azərbaycanın tarixi və mədəni irsinin nadir nümunələrindən olan Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisi "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.

Nazirlər Kabinetinə Qoruğun sərhədlərini və mühafizə zonasını üç ay müddətində müəyyənləşdirib təsdiq etmək, Qoruğun ərazisinin xüsusi rejimini dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 323   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliy

16:27 471
.

Türkanın işçilərinə JESTİ: kotlet-çörək... - VİDEO

Müğənni Türkan Vəlizadə etdiyi hərəkətlə diqqət çəkib. xəbər verir ki, sənətçinin işçilərinə jesti marağa səbəb olub. Onları düşünən Vəlizadə kotlet-çörək hazırladaraq komandasının qarnını doyuzdurub. Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb

20:00 166
.

"Aparıcıların IQ-sü yoxdur"

Əməkdar artist Bəhram Bağırzadə aparıcılarla bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Künc-bucaq" yutub layihəsində deyib. O, aparıcıları savadsız adlandırıb: . "Aparıcılar məni qane etmir. Aytən Səfərova danışdı, tənqid etdi. Deyir ki, aparıcıların günah

12:27 248
.

Polşada kömür mədəninin uçması nəticəsində 3 işçi ölüb

Polşada kömür mədənində faciə olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 işçi ölüb. Hadisə Polşanın Krakov şəhərinin qərbində yerləşən Myslowice-Wesola kömür mədəninin uçması zamanı olub. Məsələ ilə bağlı "Polşa Mining Group" şirkətinin nümayəndəsi Aleksandra Siembiqa açıqlama verib

13:07 112
.

Azərbaycanda boşanmaların əsas səbəbləri AÇIQLANDI

Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Müasir Azərbaycan ailəsi" mövzusunda hazırladığı analitik - hesabatda qey

14:51 375
.

"Bir qadın"ın ulduzu tanınmaz halda - FOTO

"Bir qadın" serialının baş qəhrəmanlarından birini canlandıran aktrisa Rada Nəsibova fərqli tərzdə fotolarını paylaşıb. olay-a istinadən bildirir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərən sənətçi görünüşündə dəyişiklik etmək üçün süni intellektə üz tutub. O, afro tərzdə olan fotoların

15:41 590
.

Zəngəzur eşqiylə döyünən qəlblər...

Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydı

17:52 203
.

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - Foto

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş. "Qafqazinfo" xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyat

12:36 1096
.

Slovakiyanın baş nazirinin güllələnmə anı - YENİLƏNİB + ANBAAN VİDEO

Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb. Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür. Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir

20:35 73