Qəbul imtahanlarının vaxtı açıqlandı

Qəbul imtahanlarının vaxtı açıqlandıDövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, sənəd qəbulu tarixləri, magistraturaya qəbul imtahanının II cəhdi, rezidenturaya qəbul, dövlət qulluğuna qəbul, eləcə də digər imtahan və tədbrilərin tarixləri müəyyən olunub.

BiG.AZ xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu ötən il olduğu kimi, bu il də iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçiriləcək.

Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər 2024-cü il aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.

II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi aprelin 28-də, rezidenturaya qəbulun birinci mərhələsinin birinci cəhdi mayın 5-də, ikinci cəhdi iyunun 9-da, imtahanın ikinci mərhələsi isə avqustun 4-də keçiriləcək.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə verilən cədvəldə ətraflı tanış ola bilərsiniz. Cədvəl il ərzində DİM-in saytının baş səhifəsində aktiv olacaq. Qrafik Mərkəzin saytının "Təqvim" bölməsinə də əlavə edilib. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid imtahanlar və qeydiyyat tarixlərini əldə edə bilərsiniz.

Xatırladaq ki, buraxılış imtahanları, əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi, Azərbaycan dili (dövlət dili kimi) və s. imtahanların tarixləri əvvəlcədən elan olunmuşdur. 11-ci sinif buraxılış imtahanları üzrə Gəncə şəhərində yerləşən məktəblərin imtahan günləri də siyahı şəklində (Gəncə – 1, Gəncə – 2) cədvəlin buraxılış imtahanları bölməsinə əlavə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda bu tarixdə ən güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ/FOTO

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək. BİG.AZ xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərə

10:05 223
.

Xırdalanda sahibsiz itlər qadına hücum edib yaraladılar - Video

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdən də aydın olur ki, gündüz saatlarında bir neçə it küçədə yolu gedən qadın

11:48 88
.

Bu şəxsin yerini deyənə 2000 manat veriləcək - VİDEO

Göyçayda aylardır itkin düşən Zümrüd adlı qadının yerini məlumat verən şəxsə pul mükafatı veriləcək. bildirir ki, bu barədə ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev deyib. O bildirib ki, Zümrüdün yerini düzgün deyən şəxsə 200 manat pul mükafatı veriləcək

09.05.2024 638
.

Azərbaycanda qaya uçqunu olub - FOTO

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib. Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrini

09.05.2024 321
.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanun imzalayıb. Bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib. Beləliklə, ölkədə hərbi vəziyyətin yenidən uzadılması 2024-cü il mayın 14-dən qüvvəyə minəcək və avqustun 11-dək qüvvəd

09.05.2024 240
.

Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır

Alimlər bir milyondan çox uşağın məlumatlarını araşdırıb və onların nailiyyətlərini doğulduğu aylara görə sıralayıblar. Müəyyənləşib ki, uşaqların doğulduğu aydan asılı olaraq uğurlarında fərqlər var. xarici mediaya istinadla bildirir ki, tədqiqatçıların 1 milyondan çox şagirdin məlumatları nəzərə alınara

09.05.2024 958
.

Azərbaycanda iki tələbə faciəli şəkildə öldü

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən "Bazar gölü"n

12:20 0
.

Bakıda bir "Prius"alana ikincisi hədiyyə verilir - FOTO

Sosial şəbəkə yayılan qəribə elan insanların marağına səbəb olub. xəbər verir ki, "Toyota Prius" markalı avtomobil satışa çıxarılıb. Elanı maraqlı edən səbəb isə avtomobildən birini alana ikincisinin hədiyyə verilməsi sözü olub. Sözügedən paylaşımı təqdim edirik:

09.05.2024 682
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən -a məlumat verilib. Bildirilib ki, mayın 10-da səhər saat 08:00-da

09.05.2024 319