Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?

Tofiq Tağızadə çəkiliş meydançasında hansı aktyoru öldürmək istədi?"Görüş", "7 oğul istərəm", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Bağ mövsümü", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Onun böyük urəyi", " Babamın babasının babası" və sair filmlərin rejissoru Tofiq Tagızadənin anadan olmasının 105 illiyidir. 40 ildən artıq müddətdə Azərbaycan kinosunun inkişafına mühüm töhfələr vermiş rejissor filmləri ilə həm kino tariximizdə, həm də tamaşaçı qəlbində iz qoyan sənətkarlardandır. O, təbiətən, iliyinəcən rejissor idi. Əsl rejissor qəribə olmalıdır. Onda da qəribəliklər var idi.

Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. "TMT" adlı özəl studiyası fəaliyyət göstərib. Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.

Lent.az "Ömrün bir anı" rubrikasında böyük rejissorun ömür yolundan maraqlı xatirəni paylaşır.

"7 oğul istərəm" filminin çəkilişləri zamanı kadrlardan biri heç cür yaxşı alınmır. Filmdə kəndçi roluna çəkilən Eldəniz Zeynalov damın üstünə çıxıb bayraq asarkən güllə ilə vurulmalı və ölüb yerə yıxılmalı idi. Lakin 20-25 dəfə təkrara baxmayaraq, səhnə alınmır. Eldəniz hər dəfə ya gülür, ya da zarafat edir. Bu hal rejissor Tofiq Tağızadəni nəhayət ki, özündən çıxarır. O, rejissor kamerasının arxasından durub Eldənizə yaxınlaşır. Yerə yıxılmış aktyorun boğazından yapışır və özünə xas ləhcəylə "Adə, öləcəksən sən ya yox. Öl qurtar da. Bu dublda da ölməsən özüm öldürəcəm" səni deyir.

Filmdə epizodik rollardan birinə çəkilən aktyor Fazil Salayev ona 7, atlara isə 27 manat qonorar yazıldığını eşidəndə özündən çıxır. Tofiq Tağızadəyə yaxınlaşır. Həmin an rejissor bərk əsəbiymiş. Bunu bilməyən Salayev deyir: "Tofiq müəllim, xahiş edirəm, məni filmdə at ştatına yazın. Onlar məndən çox pul alır".

Tofiq Tağızadə onun zarafatına yarı əsəbi halda cavab verir.

"Olar. Fazil, səni güllələnən atlardan biri kimi qeyd edirəm, ilk dublda səni də öldürəcəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 575   Tarix: 08 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 239
.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 597
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 319
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1040
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 186
.

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdar

02.05.2024 166
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 263
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 649
.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 734