İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı (FOTO)

İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı (FOTO)Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi Pyotr Anatolyeviç Kuvşinova bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən avtomobil hədiyyə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkədə məlumat verib.

Rektorun sözlərinə görə, BANM-da idman (üzgüçülük) müəllimi işləyən Pyotr Kuvşinov I Qarabağ müharibəsinin iştirakçısıdır:

"O, 1992-ci illərdə Qarabağ uğrunda müharibəyə könüllü olaraq qoşulub. 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşub. Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşub və iki dəfə ağır yaralanıb.

Ağır yaralandıqdan sonra ordudan tərxis olunan Pyotr müəllim bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Bəlkə də, bu gün onun mübarizə apardığı və qalib gəldiyi amansız xərçəng xəstəliyinin də səbəbi o qəlpələrdir.

Bütün kollektivmiz, müəllim və tələbələrimiz Pyotr Anatolyeviçi çox sevir. Ona hamımız Pyotr müəllim deyə müraciət edirik".

Rektor xatırladıb ki, Pyotr müəllim 70-80-ci illərin məşhur üzgüçü-idmançılardan olub.

"Elə buna görə də, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi uğurla iştirak edib və sertifikatlara da layiq görülüb. Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş pedaqoq, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir.

Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla rus dilində danışmağa cəhd edir.

Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada Azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğlu kimdir.

Bir müddət əvvəl Pyotr müəllim dənizdə üzərkən, batmaqda olan ana və övladı real ölümdən xilas etmişdi.

Hesab edirəm ki, Pyotr müəllim həm əsgər olaraq, həm müəllim olaraq Azərbaycan qarşısında bütün borclarını yerinə yetirib.

Bizim borcumuz isə bundan ibarətdir ki, belə şəxsiyyətlərə sağlığında qiymət verək, qayğı göstərək və hörmət edək".

İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı (FOTO)İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı (FOTO)İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı (FOTO)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2907   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 236
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 217
.

Bayden Tramp barədə: "Altı yaşlı uşaqla rəqabət aparıram"

ABŞ Prezidenti Co Bayden C-SPAN kanalında yayımlanan Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulunda zarafatla keçmiş Prezident Donald Trampı "altı yaşlı yuxulu Don" adlandırıb. "Qonaqpərvərliyiniz üçün təşəkkür edirik. Amma lütfən sakit olun, Donald dinləyir. Mən altı yaşlı uşaqla yarışa

28.04.2024 203
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 774
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 221
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 261
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 236
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 275
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 104