Bakıda partlayış baş vermiş mebel sexində qazlaşdırma olub? - RƏSMİ AÇIQLAMA

Bakıda partlayış baş vermiş mebel sexində qazlaşdırma olub? - RƏSMİ AÇIQLAMA"Bakıda partlayış baş verən mebel sexinə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib".

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən "Açıq qapı" aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

"Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin məlumatda belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb.

"Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan "Təmiz Qaz"ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər", - E. Vəliyev bildirib.

Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 404   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26.04.2024 293
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 250
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

15:06 0
.

Bakının bu ərazisi plana düşdü: söküləcək

Xətai rayonu Abbas Abad, Mirzə Davud küçələri, Kənd Əhmədli adlı ərazinin bir hissəsi, "Elektrotop" qəsəbəsi kimi tanınan ərazilərin dövlət planına düşərək köçürülməsi gözlənilir. BİG.AZ -a istinadla xəbər verir ki, Kənd Əhmədli ərazisi istisna olmaqla, sözügedən küçələr dövlət planına daxi

09:59 355
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 467
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26.04.2024 560
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 308
.

Tənqid etdiyi kanalda yenidən işə başladı

Aparıcı Azər Axşam yenidən ATV kanalında işə başlayıb. Axşam.az xəbər verir ki, o, "Bişir qazan" adlı proqramla efirə qayıdıb. Mətbəx və yarışma mövzusunda olan proqram həftədə bir dəfə yayımlanır. Qeyd edək ki, A.Axşam bir müddət əvvəl işsiz qaldığını, ATV-nin onunla çalışmaq istəmədiyin

11:34 292
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

12:45 133