Hakim "Sea Breeze" işində müəmmalı uzun fasilə elan etdi – Günahsız "günahkarlar"ın yaxınları etiraz etdi

Hakim "Sea Breeze" işində müəmmalı uzun fasilə elan etdi – Günahsız "günahkarlar"ın yaxınları etiraz etdiSabunçu rayon Məhkəməsində "Sea Breeze"dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı məhkəmə araşdırması davam edir. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən proses sona çatmaq üzrədir. Lakin hər dəfə uzun müddətli fasilə verilir deyə yekun nəticə meydana çıxmır. Bu isə iş üzrə zərərçəkən və təqsirləndirilənlərin valideynlərinin narazılığına səbəb olur.

Tərəflər məhkəmənin süni şəkildə uzadıldığını dilə gətirir, övladlarının uzun müddət həbsdə saxlanılması üçün prosesin heç bir əsas olmadan uzadıldığı qənaətini bölüşürlər. Deyirlər ki, Azərbaycan məhkəmə-istintaq praktikasında xuliqanlıq maddəsi ilə həbsdə yatan yoxdur. Belə əməllərə yol verənlər əksər hallarda cərimə ödəməklə və ya şərti cəza ilə azadlıqda gəzdikləri bir vaxtda, onların övladları heç bir xuliqanlıq əməlinə yol vermədiklərinə baxmayaraq həbsdə saxlanılırlar. Heç bir əsas olmadan qanun ən sərt şəkildə övladlarına tətbiq olunur. Halbuki, övladları ali təhsillidirlər, gənc yaşlarına baxmayaraq nailiyyətləri, aralarında övlad sahibi olanları da var.

Vəkillər çıxışlarında da bu məqamlara xüsusi vurğu edirlər.

Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli hakim qarşısına çıxarılıblar.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Yanvarın 18-də keçirilən prosesə Elnur Məmmədov yenə də qatılmayıb. Hakim onun iştirakı olmadan prosesin keçirilməsi üçün tərəflərin münasibətini öyrənib. Etiraz olmadığından Elnur Məmmədovun məhkəməyə ərizəsini xatırladıb. Həmin ərizədə Elnur Məmmədov qarşı tərəflə barışdığını, təqsirləndirilənlər barəsində həbslə əlaqəli olmayan hökm çıxarılmasını xahiş edir.

Bundan sonra elmir ismayılovun vəkili Abbas Kərimbəyli müdafiə nitqi ilə çıxış etdi.

Dövlət ittihamçısı Amin Şəkərəliyevin çıxışına münasibət bildirən vəkil dedi ki, onun fikri ilə qəti şəkildə razı deyil: "Dövlət ittihamçısı ittihamı elan etdiyi kimi çıxışında da təqsirləndirilən şəxslərə cəza tələb etməsini əsaslandırmalı idi. Niyə görə həbslə əlaqəli ağır cəza tələb etməsini əsaslandırmalı idi. Hətta azyaşlıya da cəza istəməsini, 1 il 9 ay azadlıqdan məhrumetmə cəzası tələb etməsini əsaslandırmalı idi. Bunu etməməyinin də səbəbi başa düşürük, bilirik ki, əməldə ağırlaşdırıcı hallar yoxdur. Əksinə yüngüləşdirici hallar var. Elmir İsmayılov haqlı olaraq ittiham üzrə özünü təqsirli bilmir. Videogörüntülərdən də aydın şəkildə görünür ki, ümumiyyətlə Elmir İsmayılov heç bir videoda yoxdur. Bu cinayət işi guya Elnur Məmmədova xəsarət yetirilməsinə görə başlanıb. Hadisə yerinin videosundan da aydın şəkildə görünür ki, orada olanlar yıxılır, amma Elnur Məmmədov yıxılmır. Dövlət ittihamçısı, elə zərərçəkən şəxslər göstərsinlər ki, videoda Elnur Məmmədova xəsarət yetirilib. Orada kimsə tərəfindən Elnura xəsarət yetirilməsini göstərsinlər. Belə bir video yoxdur. Burada bir video nümayiş etdirildi. Həmin video burada nümayiş olunsa da, bu hadisəyə heç bir şəkildə aidiyyəti yoxdur. O videoda olan görüntülərlə əlaqəli nə həbs var, nə cəlb var, nə də cinayət işi var. Orada görünür ki, bir nəfəri Elnur döyür və o yerə yıxılıb huşsuz vəziyyətdə qalır. İş materiallarında, ittihamda və videonun axırında da bilinmir ki, həmin adam kimdir, sağdır yoxsa ölüb? Orada görünür ki, maşından düşürlər və başlayırlar dava eləməyə. Həmin əlbəaxa dava zamanı Elnura xəsarət yetirilə bilərdi. Elmir tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı zərərçəkən şəxslərin heç biri demir. Elnurun baxış iclasında ifadəsində öz izahatını sərbəst şəkildə olduğu kimi dedi. İfadəsində də Elmirin onu döyməsini, maykasını cırmasını, xəsarəti kimin yetirməsini demədi. Dedi ki, ora restorandan çıxıb öz villama getdim, orada səs-küyə çıxdım, gördüm dava var, bəli, orada maykasız olan mənəm, bəli mən vurmuşam. Bir dəfə demədi ki, məni döyüblər, vurublar. Elmir İsmayılovun avtomobilinə zərbələrin vurulmasını hamı şahidlər dedi ki, bunu Elnur edib. Orada Elnur söyüş söyüb, təhqir edib və vadar edib ki, Elmir maşından düşsün, düşəndən sonra ona xəsarət yetirib. Elmirin kiməsə xəsarət yetirməsi barədə bir şahid yoxdur və olan şahidlər də bir söz demədi. Bütün şahidlər hamısı Elnurun adını çəkir. Onun söyüş söydüyünü, onun dava saldığını, onun xəsarət yetirdiyini deyirlər. Burada dedildi ki, guya Elnur Məmmədov barəsində ayrıca iş var. Xahiş edirik ki, bu haqda qərarı göstərin. Bu iş əvvəldən qərəzli aparılıb. Şahidlər burada dedilər ki, orada Elnur Məmmədov "mən dava salacağam" deyib. Şamxal Məmmədov təqsirləndirilən şəxsdir, burada da məlum oldu ki, onun bu işə hər hansı bir formada aidiyyəti yoxdur. Elmir İsmayılovun qardaşı və digərilərinin hadisə zamanı orada olmadıqlarını mobil operatorların verdikləri lokasiya məlumatları da təsdiqlədi. Onlar dördü də bir yerdə Mərdəkanda olublar. Oradan da dava olub bitəndən saatlar sonra Nardarana gəliblər. Bütün bunlar istintaqın qərəzli şəkildə əleyhimizə yönəldiyi təsdiqlənir. Bu gün Elmir, Məhəmməd, Peyman və Murad heç bir səbəb olmadan təqsirləndiriləndir, Murad xaric digəriləri heç bir səbəb olmadan istinataq təcridxanasında saxlanılırlar. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub Elmir. Ona universitetdən, yaşayış yerindən, hərbi xidmət keçdiyi hissədən müsbət xasiyyətnamə verilib. Ona qarşı ittiham düzgün verilməyib. Elmir İsmayılova bəraət hökmü oxunmalıdır. Ona görə ki, heç bir sübutla, əsasla ittiham təqsirlənmir".
Vəkil digər təqsirləndirilən şəxslər barəsində də bəraət hökmü çıxarılmasını istəyib.

Bundan sonra Murad Əhmədlinin, eyni zamanda Elmir İsmayılovun vəkili olan Ülvi Məmmədov müdafiə nitqi söylədi. Dedi ki, hadisə günü "Sea Breeze"də iki dava olub: "Həmin davalardan birincisində Elmir İsmayılova Elnur Məmmədov tərəfindən xəsarət yetirilib. İkinci hadisə isə təxminən 1 saat sonra baş verib. Hansının ki, burada videosu nümayiş olunub. Birinci hadisə zamanı təqsirləndirilən şəxslər, həmçinin Murad Əhmədli orada olmayıblar. Bunu lokasiya məlumatları da təsdiq edir. İlk iş üzrə Elmir İsmayılova Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə - yəni bir qrup şəxs tərəfindən xuliqanlıq ittihamının verilməsi absurddur. Çünki orada Elmir İsmayılova xəsarət yetiriləndə, o, tək olub. Digər təqsirləndirilən şəxslər ora bir neçə saat sonra gəliblər. Bunun də sübutları var. Anten məlumatları da təsdiq edir. İki nəfər arasında baş verən mübahisəyə qrup şəkilində xuliqanlıq ittihamı necə verilə bilər? Bu, istintaqın fərziyyəsidir. Təqsirləndirilən şəxslərin işə əlavə olunan ifadələri, hansılardan ki, belə nəticə çıxır ki, onlar özləri özlərinin əleyhinə ifadə veriblər, həmin ifadələrlə belə hadisənin baş vermə mexanizmi üst-üstə düşmür. Elmir İsmayılovun əməlində ümimiyyətlə cinayət tərkibi olmayıb. O, özü xəsarət almayıb, əksinə onun özünə xəsarət yetiriblər. Onun əməlində cinayət tərkibi olsa belə, 221-ci maddəyə tövsif oluna bilməzdi. Ən pis halda ona 128-ci maddə ilə - yüngül xəsarət yetirmə ilə ittiham verilə bilərdi. Tərəflər arasında barışıq olduğuna görə həmin maddəyə də istintaq zamanı xitam verilməli idi. Ancaq bu hadisəyə görə naməlum səbəbdən qrup halında xuliqanlıqla ittiham verilib. Murad Əhmədli isə ümumiyyətlə videoda yoxdur, o, hadisə yerində olmayıb. O, 3 aydır bura gəlib-gedir, heç kimin də yadına düşmür. Ona dövlət ittihamçısının tələb etdiyi cəza isə qanuna uyğun deyil. Azyaşlılara cəza tətbiqi fərqlidir. Bu, qanunun tələbidir. Bu şəxsin əməlində zorakı az ağır əməlin tərkibi olmadığına görə ona azadlıqdan məhrumetmə ilə bağlı cəza istənilməsi qanuni deyil. O, məktəbdə oxuyur, azyaşlıdır. Ümumiyyətlə dövlət ittihamçısının təqsirləndirilən şəxslərə istədiyi cəza Cinayət Prosessual Məcəllə ilə üst-üstə düşmür".

Vəkil məhkəmədən hər iki müvəkkili barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib.

Vəkili Faiq Nəcəfli hakimin diqqətini "Sea Breeze"də davanın harada olmasına yönəldib: "Restorandan kənarda, dayanacaqda olub. Ora ictimai yer deyil. Elnur Məmmədov burada Elmir İsmayılov tərəfindən ona hər hansı bir xəsarət yetirildiyini demədi. Əgər ona orada xəsarət yetirilsəydi belə, bu əməl 221-ci maddə ilə tövsif oluna bilməzdi. Xahiş edirik ki, qərar qəbul edilərkən tövsif məsələsinə diqqət yetirilsin".

Vəkil bildirib ki, Elnur Məmmədov məhkəmə prosesində çıxış edərkən zalda ajiotaj yaranıb: "Əgər həmin vaxt burada hər hansı bir itələşmə olsaydı, belə çıxır ki, bizi də ittiham etməliydilər ki, burada olmuşuq? Ora Məhəmməd, Peyman Elmiri hadisə olub bitəndən sonra həkimə aparmağa gəliblər. Ora kim gəlibsə, xuliqandır?"

Vəkil bildirib ki, orada iki şəxs arasında mübahisə olub və bu, heç bir halda qrup şəkilində xuliqanlıq əməli kimi tövsif oluna bilməzdi: "Heç bir şahid Elmirə qarşı ifadə vermədi. Onun kiməsə xəsarət yetirməsini demədi. Əksinə ona xəsarət yetirilməsini dedilər. İttiham tərəfi dövləti təmsil edir deyə, məhkəməyə təsiri olmamalıdır. Murada məhkəmədə hətta "sən kimsən" şəkilində sual da verildi. O, heç kimin yadına düşmədi. Onun xuliqanlıq etməsini dövlət ittihamçısı nə ilə sübut etdi? İttiham aktında ümumi sözlərlə insanların taleyi ilə oynamaq olmaz. Konkret sübutlar olmalıdır. Yoxdur! İstintaq dövründə bütün ifadələr şablon şəkilində yazılıb və hamısına da təqsirləndirilənləri aldatmaqla imzalatdırıblar. Oxumadan imza atdırıblar".
Vəkil müvəkilinə bəraət verilməsini xahiş edib.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov müdafiə çıxışı etmək istəsə də, hakim prosesin təxirə salındığını elan etdi. Vəkil Vüsal Orucov nə üçün, niyə sualları ilə hakimə müraciət etdi. Hakim ondan başqa bir vəkilin də çıxış etməli olduğunu deməklə prosesi təxirə saldığını elan etdi. Hər dəfə uzun fasilə verilməsi tərəflərdə narazılıq yaratsa da, hakim qərarını dəyişmədi.

Hakim "Sea Breeze" işində müəmmalı uzun fasilə elan etdi – Günahsız "günahkarlar"ın yaxınları etiraz etdiHakim "Sea Breeze" işində müəmmalı uzun fasilə elan etdi – Günahsız "günahkarlar"ın yaxınları etiraz etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6390   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133