Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlar

Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlarAzərbaycanda Yeni ilin ilk günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanun layihələrinin və mövcud qanunlara dəyişikliklərin bir çoxu artıq təsdiqlənib.

Oxu.Az xəbər verir ki, sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən dövlət büdcəsi ilə əlaqədardır.

Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

2023-cü ildə isə bu məbləğ ölkə üzrə 246 manat idi.

2023-cü ildə təsdiqlənən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən yeniliklərdən biri də yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmamasıdır. Cari ildə geniş müzakirələrə səbəb olan qərara əsasən, yanvarın 1-dən başlayaraq istehsal ili 2013-cü ilə qədər olan avtomobillərin ölkəyə idxalı qadağandır.

2024-cü ildən nəqliyyat sahəsində tətbiq ediləcək dəyişikliklərdən biri də sərnişindaşıma fəaliyyətinə tələblərin sərtləşdirilməsidir. Belə ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı, sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı, nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.

Yanvarın 1-dən ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib.

Qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. Bütün bunlar 2024-cü ilin ilk günündən artıq qüvvədə olacaq.

İlin ilk günündən Azərbaycanda hərbçilərin pensiya yaşı da dəyişir. Dəyişikliyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50-dən 65-ə qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu üç təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da "Əmək pensiyaları haqqında" Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.
"Sosial sığorta haqqında" Qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir. Sığortaolunan seçim hüququnu itirdikdə isə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır.

Yeni hazırlanmış "Dövlət satınalmaları haqqında" Qanun isə 2023-cü ilin iyulun 14-də imzalansa da, yeni ilin ilk günü tətbiq olunacaq. Bu müddət ərzində iki əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanunamüvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burada söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.

Yeni qanuna əsasən, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni qanunda satınalmanın yalnız vahid internet portal (bundan sonra - portal) vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Qanunda, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və qanun qüvvəyə mindiyi gündən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ləğv edilir.

10 ildən çoxdur ki, müzakirə edilən Rəqabət Məcəlləsi də nəhayət Milli Məclis tərəfindən qəbul olunub, ölkə başçısı tərəfindən təsdiqlənib. Yanvarın 1-dən qüvvəyə minəcək məcəllənin bazar iqtisadiyyatına önəmli təsir edəcəyi və qiymətlərin ucuzlaşacağı proqnozlaşdırılır.

"Elektroenergetika haqqında" Qanuna isə yeni maddə əlavə edilib. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4945   Tarix: 01 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

28.04.2024 327
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 2420
.

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina etdi

Portuqaliya hökuməti prezidentin bəyanatının əksinə olaraq, müstəmləkəçilik dövründə köləlikdən zərər çəkmiş dövlətlərə təzminat ödəməmək qərarına gəlib. Məlumata görə, 15-ci əsrdən 19-cu əsrə qədər portuqaliyalı dənizçilər altı milyon afrikalını Atlantik okeanından zorla keçirərək köləliyə (əsasən Braziliyaya

28.04.2024 187
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 210
.

Moskvada "Reuters" xəbər agentliyinin prodüseri həbs edilib

Rusiyanın paytaxtı Moskva şəhərində "Reuters" agentliyinin prodüseri Konstantin Qabov ekstremist icmada iştirak ittihamı ilə həbs edilib. "Report" xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsi təqsirləndirilən Konstantin Vasilyeviç Qabovun barəsində 2 ay müddətinə, yəni 2024-c

28.04.2024 190
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 201
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 209
.

Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır

"Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" qanuna yeni əlavələr edilməsi təklif edilir. "Report" Rusiya Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyə

28.04.2024 299
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 219