Nigar od püskürdü: "Şəbnəmin, Türkanın daha çox tanınmağı musiqimizin bədbəxtliyidir" - VİDEO

Nigar od püskürdü: "Şəbnəmin, Türkanın daha çox tanınmağı musiqimizin bədbəxtliyidir" - VİDEOMeyxanaçı Tərlan Novxanı və keçmiş duet ortağı Əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb. Buna səbəb Nigarın "İsraildə məclisdə idim. Yaxınlaşıb dedilər ki, sizin Tərlanla oxuduğunuz dueti çox bəyənirik. Bu mənə çox pis təsir etdi. Çünki bu qədər muğamlar oxuyuram, amma məni sırf meyxanaçı Tərlan Novxanıya görə tanıyırlar" sözləri olub.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı T.Novxanı qonaq olduğu "Rəngarəng səhər" verilişində kəskin fikirlər səsləndirib.

"Meyxana ucuz sənət deyil. Necə muğam bizim milli dəyərimizdirsə, eləcə də meyxana sırf Azərbaycana aid sənətdir. Bu sənəti isə yaşadan sənətkarlar olub. Onlar hər zaman bu sənəti dəyərləndiriblər. Sən Nigar pis ola bilərsən, deyirsən ki, işlər gördüm, amma məni tanımadılar. Lakin bir dənə Tərlan Novxanı ilə duet oxudum, hamı məni tanıdı. Bu sözünü elə kinayə ilə deyir ki, sanki meyxana sənəti lazımsız bir sənətdir. Biz unutmayaq ki, müğənnilərin əksəriyyəti meyxanaçıların yazdığı mahnıları ifa edirlər. Nigarın buna görə mənə çox sağol deməsinə də ehtiyac duymuram. Nigar bizim dəyər verdiyimiz sənətçi xanımlardandır. Öz sözünü demiş, geyimi və əxlaqı ilə hörmət qazanıb. Sadəcə Nigar gərək belə danışmazdı", - deyə Tərlan vurğulayıb.

Onun bu çıxışına Şabanova səssiz qalmayıb. Əməkdar artist canlı efirə zəng edərək sərt cavab verib:

"Mənim hər zaman sərt çıxışlarım başıma bəla olur. Amma Tərlan, sənin simanda əziz olan insanlara heç zaman pis nəsə demərəm. Mən bir müddət bu hadisələrə çox pis olurdum ki, illərlə muğam oxuyasan, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edəsən, amma səni bunlara görə deyil, meyxana janrında duet oxuduğuna görə tanısınlar?! Mənim söylədiyim o sözlərdə sənin sənətini ucuzlaşdıracaq və ya alçaldacaq cümlələr yoxdur. Heç mən onu eləmərəm, çünki sözün dəyərini bilən insanam.

Cəmiyyət içinə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və o tərzdə oxuyan bir neçə müğənni çıxsın. Bununla yanaşı, gənc fəxri adı olan muğam ifaçıları da çıxsın. Görün, kim daha çox tanınacaq?! Bu isə bizim musiqimizin bədbəxtliyidir".

Proqramın aparıcısı Zaur Nəbioğlunun "Tərlan Novxanı ilə yenidən duet oxuyarsınız?" sualına Nigar ironiyalı cavab verib:

"Ümumiyyətlə, meyxana ifaçıları ilə bir daha duet oxumaram. Tərlan zəhmət olmasa, muğamı öyrənsin, ondan sonra duet oxuyaram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1269   Tarix: 28 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"4 ilə 350 dollar qazanmışam"

"4 ildən çoxdur mən şirkətlə işləyirəm. 350 dollar pul qazanmışam. 4 il ərzində bu qədər yığılmışdı. Heç nədən bu da yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində deyib. İfaçı yutub kanalından qazandığı puldan danışıb. Sevda dah

10:15 512
.

Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?

Tanınmış aparıcı Aytən Səfərovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda istintaq davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı, onun işdən çıxarıldığı iddia olunub. -ın əldə etdiyi məlumata görə, Aytən Səfərova işdən çıxarılmayıb. Hazırda işdə olmamasını

10.05.2024 1188
.

"Avroviziya"nın finalına start verildi - CANLI

İsveçin Malmö şəhərində "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb. -ın məlumatına görə, finalda 26 ölkə mübarizə aparacaq. Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək. Qeyd edək ki, səsvermənin nəticələrin

11.05.2024 409
.

"Bizə 3 aya boşanarlar dedilər" - Doğuş

"Bizim evliliyimiz üçün 3 aya boşanarlar dedilər. Sonra övladlarım oldu. Niyə boşanım? Çox xoşbəxtəm". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Doğuş türk mətbuatına bildirib. "Ailə müqəddəsdir. Övladlarım mənsiz qala bilmir. Onlarla bir-birimizə çox bağlıyıq. Allah ayrılıq yazıbsa

20:30 0
.

Efiopiyalı qadın 16 ildir ac-susuz yaşayaraq ana olub

Efiopiyalı qadın son 16 il ərzində heç nə yemədiyini və içmədiyini iddia edir. Məlumata görə, söhbət bir anda yemək ehtiyacını itirən Muluvork Ambraudan gedir. O, bunu 10 yaşında hiss edib. Yeyə bildiyi son qida isə qırmızı mərci şorbası olub. Qadının vaxtının çox hissəsini həyət-bacaya sərf edir, çoxl

12.05.2024 773
.

"Həbsxanada gündə 7 dəfə namaz qılırdım" - Nihal Candan

Xəbər verdiyimiz kimi, çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal Candan aclıq aksiyasının ardından azadlığa buraxılıb. Axşam.az-ın məlumatına görə, fenomen ilk dəfə həbsdə olduğu müddətdə başına gələnlərdən danışıb. O, həbsxanada olduğu müddətdə gündə 7 dəfə namaz qıldığını söyləyib:

16:08 332
.

Eda Ece Aslı Enverin ad gününü belə təbrik edib - FOTO

Aktrisa Eda Ece dostu Aslı Enverin ad gününü təbrik edib. xəbər verir ki, bu barədə Eda Ece sosial çəbəkədə paylaşım edib. "Yaxşı ki, doğulmusan dostların kralı, anaların ən superi, ən yaxşı dost, canım Aslım" ,- deyə o bildirib

10.05.2024 660
.

Aygündən Namiqə səhnədə ETİRAF: "Ömür boyu alın yazım..." - VİDEO

Xalq artisti Aygün Kazımova və Namiq Qaraçuxurlu keçirilən tədbirlərin birində növbəti dəfə bir araya gəliblər. Dillərdə əzbər olan duetlərini təqdim etdikdən sonra Kazımova gözlənilmədən Qaraçuxurlu ilə bağlı dilə gətirdiyi səmimi etirafı ilə hər kəsin üzünü güldürüb. Aygün "ömür boyu alın yazım

11.05.2024 4304
.

"Deyirdilər ki, nazir qızıyam"

"Deyirdilər ailə qurub, Amerikada yaşayır, iki oğlu var. Hətta yazırdılar ki, böyük oğlu əsgər gedib". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xəyalə Manaflı "Elgizlə izlə" verilişində deyib. Bir müddət əvvəl ailə quran ifaçı haqqında yayılan şayiələrdən danışıb:. "Bir ar

10.05.2024 2316