Heyvanlar aləmində pandemiya: İnsanlar da təhlükədə

Heyvanlar aləmində pandemiya: İnsanlar da təhlükədəQuş qripinin (HPAI - H5N1) hazırkı epidemiyası 2021-ci ilin sonunda sürətlənməyə başlayıb və artıq milyonlarla çöl quşunun, həmçinin digər heyvanların ölümünə səbəb olub. Hazırda alimlər hesab edirlər ki, rəsmi rəqəmlər aysberqin görünən hissəsidir və lazımınca qiymətləndirilmir.

Tədqiqatçıların fikrincə, quş qripi quşçuluq sənayesinə kommersiya təsirinə görə bütün dünyada KİV-in manşetlərinə çevrilib. Ancaq ən böyük təhlükə köçəri quşlardan gəlir. Yeni tədqiqatın müəllifləri Börd adasında (Hind okeanındakı mərcan adası, Seyşel adaları arxipelaqının ən şimalı) ölü qonur sahil qağayıların cəsədlərini aşkar ediblər. Quşlarda aparılan testlər onlarda H5N1 olduğunu təsdiqləyib.

Beləliklə, quş qripi rəsmi olaraq buz qitəsinə - Antarktidaya çatıb.

Güman edilir ki, sahil qağayıları Cənubi Amerikadan miqrasiya yolu üzərində yerləşən Argentinada quş qripinə yoluxmuş ola bilərlər. Qeyd edək ki, bundan əvvəl alimlər Argentinada çöl quşlarının və suitilərin kütləvi şəkildə ölümünü qeydə alıblar.

Alimlər güman edirdilər ki, Antarktidada quş qripi virusunun ilk ortaya çıxdığı yer məhz Börd adası ola bilər. Məsələ burasındadır ki, 4,8 kilometr uzunluğunda olan bu torpaq sahəsi bir çox quş koloniyalarına ev sahibliyi edir. Tədqiqatçılar Börd adasından elmi tədqiqatlar üçün mühüm baza kimi istifadə edirlər, çünki bu adada 50 000 cüt pinqvin, 65 000 suiti və inanılmaz sayda vəhşi quş yaşayır. Bundan əlavə, bu yer çoxlu sayda nəsli kəsilməkdə olan növlərə ev sahibliyi edir.
Nəticədə alimlər adada quş qripinin yaranmasının dağıdıcı nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, H5N1-dən ölən qonur sahil qağayılarının populyasiyası onsuz da əlverişsiz vəziyyətdə idi. Təkcə son beş ildə onların sayı 47% azalıb və elm adamları hələ də bunun dəqiq səbəbini deyə bilmirlər. Quşların nəslinin kəsilməsində yuva yırtıcılığının, kleptoparazitizmin və ov üçün yüksək rəqabətin mühüm rol oynadığı güman edilir.

ÜST epidemiya mərkəzindən bildirilir ki, bu gün müşahidə edilənlər heyvanlar aləmində baş verən pandemiyadır. Hazırda insanlar üçün yalnız kiçik bir təhlükə var, lakin köçəri quşlar quş qripinin inkişafına və yayılmasına kömək edir - bu, hər şeyi dəyişə bilər. Təşkilatdan bildirilib ki, məməlilərdə yoluxmaların sayının artması insanlar üçün riskləri artırır.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1107   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334