"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR

"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR13 oktyabr 2023-cü il tarixində Education HUB "Sosial sahibkarlıq forumu" həyata keçirib.

Forum oktyabrın 10-13-də keçirilən "Azərbaycan dəyər günləri" silsilə tədbiri çərçivəsində baş tutub.

"Azərbaycan dəyər günləri" tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Forumun əsas mövzuları sosial sahibkarlıq, sosial sahibkarlıq haqqında qanunvericilik, innovasiyalar və s. olub.

Forumda panel müzakirələr, sessiyalar həyata keçirilib və 100-ə yaxın ekosistem oyunçusunu bir araya toplayıb.

Forum iki istiqamətdə aparılıb. Rəsmi hissədə forumun açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.

Açılış nitqi ilə Education HUB-ın Proqram Meneceri Gülnara İsmailova çıxış edib. O, çıxışı zamanı vurğulayıb: ""Azərbaycan dəyər günləri" çərçivəsində həyata keçirilən forum Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafı üçün əvəzsiz rol oynayır. Ümid edirəm ki, forum öz işini uğurla tamamlayacaq və qarşıya qoyulmuş məqsədlərə nail olunacaq."

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı qeyd edib: "Müasir dövrdə uğurlu və davamlı iqtisadi inkişafa təsir göstərən amillərdən biri də sosial sahibkarlığa göstərilən dəstəkdir. Sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması fonunda sosial sahibkarlıq da inkişaf edir."

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Dövlət Məşğulluq Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkəmizdə sosial sahibkarlığın inkişafıdır. Məhz buna görə də Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə dövlət, özəl, QHT və digər sektorların təmsil olunduğu sosial sahibkarlıq üçün işçi qrup yaradılıb və öz işini müvəffəqiyyətlə davam etdirir." çıxışında qeyd edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətini sədri İnarə Vəliyeva çıxışı zamanı qeyd edib: "Sosial sahibkarlıq innovativ yanaşmanı tələb edir. Biz də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq hər zaman sosial sahibkarlıq nümunəsi olan startuplara dəstək oluruq. İstər yerli, istərsə də beynəlxalq proqramlarda iştirakını təmin edirik."

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Proqram Meneceri Viktor Giner qeyd edib: "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilən "Azərbayacan dəyər günləri" ölkəmizdə bir ilkdir. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu tədbir Azərbaycanda sosial sahibkarlığın inkişafı üçün böyük təkandır. Biz Avropa İttifaqı olaraq bu mövzuda həmişə maraqlıyıq."

Millət vəkili Vüqar Bayramov " Milli məclis olaraq sosial sahibkarlıq həmişə bizim üçün gündəmdə olan bir mövzudur. Ölkəmiz üçün yeni olan bu sahənin inkişafı üçün qanunvericilik bazasının yaradılması müstəsnadır." çıxışında qeyd edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva çıxışı zamanı qeyd edib: "Ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir."

Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sosial sahibkarlıq, sosial sahibkarlara maliyyə dəstəyi, sosial sahibkarlıq haqqında qanunvericilik, sosial sahibkarlığın dövlət proqramına inteqrasiyası və s. mövzularda panel müzakirələri aparılıb.
Forumun sonunda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR"Azərbaycan dəyər günləri" çərcivəsində "Sosial sahibkarlıq forumu" keçirildi - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 369   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 222
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 469
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

12:13 248
.

Axtarılan şəxs görün harda idi - VİDEO

Türkiyənin Mersin şəhərində 7 il 7 ay 15 gün axtarılan şəxs tapılıb. BİG.AZ xəbər verir ki, polis əməkdaşları onu öz evində yatağının altında gizlənərkən tapıblar. Onun gizləndiyi yer sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin görüntüləri təqdim edirik:

01.05.2024 394
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 134
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 779
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 266
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

10:39 573
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

13:00 108