45-60 yaşlı qadınlarda qaraciyər piylənməsi riskini azaldan müalicə üsulu tapıldı

45-60 yaşlı qadınlarda qaraciyər piylənməsi riskini azaldan müalicə üsulu tapıldıSonqyunqvan Universitetinin (Cənubi Koreya) alimləri müəyyən ediblər ki, postmenopauza dövrünü yaşayan qadınlara dəri vasitəsilə estrogenin yeridilməsi onların qeyri-alkoqol qaraciyər piylənməsi xəstəliyi riskini azalda bilər.

Tədqiqat "Scientific Reports" jurnalında dərc olunub.

Postmenopauza dövründə olan qadınlar arasında xəstəliyin yayılması 20%-i ötür.

Qaraciyər yağlanması kimi də tanınan qeyri-alkoqol qaraciyər piylənməsi (QAQP) xəstəliyi, həddindən artıq alkoqol istehlakı ilə əlaqəli olmayan qaraciyərdə piylərin yığılması ilə xarakterizə olunur. QAQP siroz və qaraciyər xərçəngi də daxil olmaqla daha ciddi fəsadlara yol aça bilər.

Menopauza dövründən əvvəl qadınlarda menopauzadan sonrakı dövrə nisbətən QAQP-a daha az rast gəlinir. Alimlər bunun estrogenlərin qoruyucu rol oynaması səbəbindən baş verdiyini güman edirdilər.
Yeni araşdırmada həkimlər menopauza simptomlarını aradan qaldırmaq üçün hormon əvəzedici terapiya alan 45-60 yaş arasında 386 postmenopauza dövründə olan qadınların məlumatlarından istifadə ediblər. Müalicə uşaqlığı olan qadınlar üçün progestogen və estrogen, uşaqlığı götürülən qadınlar üçün isə yalnız estrogendən ibarət olub. 75 qadın hormonları dəri vasitəsilə (transdermal), 293 qadın isə peroral qaydada qəbul edib.

Nəticələr, postmenopauza dövrünü yaşayan qadınlarda QAQP-nin inkişafının və ya irəliləməsinin qarşısını almaqda estrogenin dəri vasitəsilə daxilə yeridilməsi hormonların peroral qəbulundan daha təsirli ola biləcəyini göstərdi. Dəri vasitəsilə hormon daxil edilən qrupda QAQP-nin yayılması hormonları peroral qaydada qəbul edən qrupa nisbətən əhəmiyyətli dərəcədə aşağı olub.

Bunun səbəbi estrogenin peroral qəbulundan sonra qanda triqliseridlərin (QAQP riskini artıran xüsusi yağlar) səviyyəsini artırması ola bilər. Nəticələr göstərir ki, transdermal hormon terapiyası əvvəllər QAQP olan və ya onun inkişaf riski yüksək olan postmenopauza dövrünü yaşayan qadınlar üçün daha əlverişli ola bilər.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1037   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Koronavirus epidemioloqları təhlükəli xəstəliyi tamamilə MƏHV ETDİLƏR

Koronavirus epidemioloqları arasında ciddi narahatlıq yaradan təhlükəli xəstəlik tamamilə məhv edilib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilib ki, söhbət qripin "B" ştamının "Yamagato" nəslindən gedir. 2020-ci ilə qədər bu virus kifayət qədər aktiv olub. Laki

17.03.2024 891
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

07.04.2024 875
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23633
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 851
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 3053
.

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Florida Dövlət Universitetinin amerikalı nevroloqları Parkinson xəstəliyinə səbəb olan genetik mutasiya aşkar ediblər. Tədqiqat The Lancet Neurology (TLN) elmi jurnalında dərc olunub. Parkinson xəstəliyi davamlı olaraq irəliləyən neyrodegenerativ hərəkət pozğunluğudur. O, hərəkətsizliyə və tez-tez demensiyay

28.04.2024 522
.

Müvəqqəti korluq insulta səbəb ola bilər

Mütəxəssislər insultdan bir neçə saat əvvəl baş verən qeyri-adi əlaməti açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, insultdan əvvəl müvəqqəti korluq yaranır. Adətən bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən qısamüddətli görmə itkisi müxtəlif səbəblərdən yarana bilər. Məlumdu

07.04.2024 600
.

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər. BİG.AZ -a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib. Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə

18.02.2024 1812
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24.03.2024 1144